BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8758
  • 1 Rusiya rublu
    0.0178
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2517
56711

8-9 oktyabr tarixlərində Bakı şəhərində Azərbaycan Halal Biznes və Turizm Forumu (AZHAB Forum) keçiriləcək. Bu forum ilk dəfədir keçirilir və bizim ölkəmizdə bu sahədə təcrübə azdır. Ümumiyyətlə, “Biznesdə yalan olmasa, uğursuz olar” kimi fikirlərlə tez-qarşılaşırıq. Bir çox şəxslərdə elə düşüncə formalaşıb ki, alqı-satqı olan yerdə yalan olmalıdır. Əgər söhbət halallıqdan gedirsə, bunların heç birinə yol vermək olmaz.

Bəs halal biznes nədir? Halal biznesdə hansı qaydalara əməl olunmalıdır?

Valyuta.az-a danışan İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev deyir ki, halal biznes konsepsiyası o ticarətdə yalnız yalanın olmaması və ya biznesmenlərin yalan danışıb-danışmamasından irəli gəlmir:

“Halal konsepsiya əslində orada olan məhsulların, xidmətlərin islam şəriətinə uyğunluğunu önə çəkir. Əgər orada məhsul istehsal edilirsə, məhsullar şəriət prinsiplərinə uyğun hazırlanmalıdır. Halallıq birinci planda olmalıdır. Əgər xidmət satılırsa, bunun da hallallıq yanaşmaları var. 

Deyək ki, maliyyə və ya vasitəçilik xidməti satılır. Orada riba, faiz, qeyri-müəyyənlik, uduş xarakterli məhsullar və məhsulun haqqında məlumatsızlıq olmamalıdır. Halal biznes konsepsiyası özündə bunları əks etdirir”.

R.Atakişiyev bildirdi ki, əgər biznesin turizm sahəsindədirsə, bunun da öz standartları var: “İstirahət məqsədilə olan səfərlərdə musiqilərin şəriətə uyğun olması, açıq geyimdə qadınların olmaması, çimərlik yerlərinin, masaj xidmətlərinin qadınlar və kişilər üçün ayrı olması lazımdır. Eynilə bu sahədə də istifadə olunan qidalarda halallıq birinci planda olmalıdır. Donuz ətinin istifadə olunmaması, istifadə edilən məhsullarda, qidalarda, kosmetikalarda harama yol verilməməlidir. Spirtli içkilərin verilməməsinə diqqət olunmalıdır. Bu sahələrin maliyyələşməsinə gəldikdə də orada islam bankçılığından, islam maliyyəsindən istifadə etmək lazımdır”. 

“Halal sertifikatla bağlı yanaşmalar bəzi hallarda daha çox formal xarakter daşıyır”

İqtisadçı ekspert Elşad Məmmədov deyir ki, halal yanaşmaların iqtisadi proseslərdə tətbiqi ilə bağlı olan məsələlərə bir çox hallarda biznes qurumları o qədər də önəm vermir:

“Halal sertifikatla bağlı yanaşmalar bəzi hallarda daha çox formal xarakter daşıyır. Halbuki, bunun fəlsəfəsi ilk növbədə insanlar arasında və bizneslər sahəsində münasibətlərdə halal yanaşmalara üstünlük verilməsindən ibarətdir. Amma onlar reklam xarakterli olmamalıdır. Onlar reallıqda halal prinsiplərə söykənən iqtisadi münasibətlərin ölkədəki iqtisadi proseslərdə payının artırılmasına, halallığın, dini, milli ənənələr söykənən yanaşmaların iqtisadiyyatda daha da inkişaf etməsinə xidmət göstərməlidirlər”.

Ekspert onu da qeyd etdi ki, bu baxımdan biznesin də sosial məsuliyyəti çərçivəsində məhz bu halallıq prinsiplərinin rolunun artırılmasına nail olunmalıdır: “Bu, təbii olaraq yalnız biznesin sosial məsuliyyəti məsələsi deyil. Bütövlükdə ictimaiyyətin bununla bağlı olan yanaşmaların prioritetinin zəruriliyinə söykənən məsələdir”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Devid Bekhem Mayamidə 80 milyon dollara malikanə alacaq

Sanksiyalar neft məhsullarını Aİ üçün nə qədər bahalaşdırıb?

Daşaltıda 3 milyonluq turizm infrastrukturu yaradılır

iOS 18 yeniləməsi "iPhone" modellərində batareyaları zədələyir

"Süleymanoğlu Group" reklam qanunvericiliyini pozub

Yaxın Şərqdə gərginlik pik həddə: Ekspert qlobal neft böhranı proqnozlaşdırır

"Azmet" ölkədən valyuta çıxarıb

"Nissan”ın keçmiş rəhbəri dəbdəbəli yaxtanı qaytarmalı və 32 milyon təzminat ödəməlidir

Hindistan Rusiyadan neft alışını artırıb

"My Broker"lə "Technity" şirkəti arasında nə baş verib?

SWIFT ənənəvi və rəqəmsal maliyyəni birləşdirəcək

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə gətirdi

IEA: 2025-ci ildə qlobal qaz tələbatı rekord səviyyəyə çatacaq

Daha bir şirkət cərimələnir

ABŞ-ın dövlət borcu rekord həddə artdı - MƏBLƏĞ

İlham Əliyev Zəngilanda açılış etdi, yaşayış komplekslərinin təməlini qoydu (YENİLƏNİB)

“Azerconnect Group”un dəstəyi ilə “Süni intellekt və innovasiyalar” mövzusunda tədbir keçirilib

İstifadəçilər sentyabrın ən yaxşı smartfonlarını seçdi - TOP-10

Vüqar Qurbanovdan yeni təyinat

Vüqar Qurbanovdan yeni təyinat

Mərkəzi Bank "Autodoc As Company"yə protokol yazdı

Prezident və birinci xanım Cəbrayıla səfər edib (YENİLƏNİB)

Hindistandan şad xəbər gəldi, düyü kəskin ucuzlaşdı

Bu küçədə avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edilib

Rövşən Binnətli vəzifəsindən azad olundu

Rövşən Binnətli vəzifəsindən azad olundu

Azərbaycanda karbon emissiyasını sürətlə azaltmaq üçün tələb olunan investisiyanın məbləği açıqlanıb

Oqtay Əsədovun qardaşı oğluna məxsus olduğu deyilən şirkət 1 milyonluq tenderin qalibi seçildi

Mərkəzi Bankın sanksiyaları İran bankını "vurdu" - Kredit portfeli 3 dəfədən çox azalıb

Qlobal ətraf mühit problemləri - Dünyamızı necə qoruyaq?

Azərbaycanda halal turizmə ehtiyac var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin