BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
54179

"Bolt Food Azərbaycan" yemək çatdırılması istiqamətinin rəhbəri Dilarə Tomtiyeva.

Yemək sifarişi və çatdırılması platformaları ilə əməkdaşlığın üstünlüklərindən istifadə etməklə, hətta kiçik kafe və restoranlar da satış həcmini əhəmiyyətli dərəcədə artıra bilər.

İctimai iaşə müəssisələri arasında artan rəqabət onları müştəri cəlb etmək, loyallıqlarını və nəticədə mənfəəti artırmaq üçün fəal şəkildə yeni vasitələrdən istifadə etməyə sövq edir.

Optimal həll yolu axtaran bir çox restoranlar diqqətlərini çatdırılma xidmətlərinə yönəltdilər və Bolt Food kimi platformalarla fəal əməkdaşlıq etməyə başladılar. 

COVID-19 pandemiyası zamanı kütləvi sürətdə restoranların bağlanmasına baxmayaraq, dünyanın onlayn yemək çatdırılması bazarı son 5 ildə 3 dəfədən çox artıb. Eyni zamanda, bir tərəfdən istifadəçilər üçün rahat xidmət təklif edən və istifadəçilərin çox həvəslə istifadə etdiyi, digər tərəfdən, restoran və kafelərə əhəmiyyətli investisiyalar olmadan müştəri bazalarını genişləndirmək və satışları artırmaq imkanı verən platformaların sayı kəskin şəkildə artdı.

Oxşar tendensiyalar Azərbaycanda da müşahidə olunur. Statista şirkətinin proqnozuna əsasən, 2024-cü ildə yemək çatdırılması bazarının gəliri 14,8, 2029-cu ilə qədər isə 22,2 milyon dollar təşkil edəcək. Artıq yarım milyon insan yemək çatdırılması xidmətlərindən istifadə edir və növbəti 5 il ərzində onların sayı 1,5 dəfədən çox artacaq.

Bu populyarlığın səbəbləri arasında bir neçə amil göstərilə bilər. Birincisi, rahatlıq və vaxta qənaət, bunun sayəsində getdikcə daha çox insan çatdırılma xidmətlərinə üstünlük verir. Bundan əlavə, iqtisadiyyatın inkişafı və frilanserlərin sayının artması daha çox insanın evdən işləməsinə və nahar və şam yeməyini evə sifariş etməsinə səbəb olub.

Əlbəttə ki, bu, çox rahatdır. Smartfonunuz vasitəsilə bir neçə kliklə müxtəlif restoranların menyularına baxa, nə yemək istədiyinizə qərar verə, sifariş edə və kuryerin burger, plov və ya dolma ilə təyinat yerinə necə yaxınlaşdığını izləyə bilərsiniz.

Restoranın əldə etdiyi mənfəət də danılmazdır. Birincisi, bu, potensial müştərilərin sayında onlarla, hətta yüzlərlə dəfə artım və müvafiq olaraq sifarişlərin və gəlirlərin artması deməkdir. İkincisi, yuxarıda qeyd olunan xidmətlər restoranlara çatdırılma, sifarişin hazırlanması ilə bağlı xərcləri azaltmağa və müştərilərlə ünsiyyət yaratmağa kömək edə bilər. Restoranların sadəcə ləzzətli yeməklər hazırlamağa köklənməsi üçün platforma bu vəzifələri öz öhdəsinə götürür.

Ümumilikdə, Bolt Food kimi platformalar restoranlara gəlirliliyi artırmağa və davamlı inkişafa nail olmağa kömək edə bilər. Satışların artırılması, əhatə dairəsinin genişlənməsi və xərclərin azalması ilə restoranlar öz mənfəətlərini artıra və daha rəqabətədavamlı ola bilərlər.

Bu, məsələn, xüsusilə yaşayış massivində açılan kiçik kafelər üçün aktualdır. Əksər hallarda onların reklam üçün kifayət qədər vəsaitləri olmur, çatdırılma xidmətlərinə müraciət etdikdə və onların texnologiyalarından yaralandıqda isə onlar müştəri tapa bilərlər.

Aşkar üstünlüklərə əlavə olaraq, digər üstünlüklər də mövcuddur. Müştəri çatdırılma xidməti vasitəsilə yemək sifariş etdikdə, müəssisəyə getmədən, çeşidlər barədə məlumat alır, onun mətbəxi ilə tanış olur və restoranların çatdırılma xidməti sayəsində tanış olduğu bu müəssisəni növbəti dəfə dostları və ya ailəsi birlikdə gedəcəyi məkan variantı kimi nəzərində saxlayır. Yemək çatdırılması xidmətləri həmçinin restoranlara satışları, müştəri seçimlərini və bazar tendensiyalarını anlamağa və izləməyə imkan verir. Bu məlumatlar restoranlar tərəfindən menyularını, qiymətlərini və marketinq strategiyalarını təkmilləşdirmək üçün istifadə edilə bilər.

Artıq Bakıda 1500-dən çox restoran Bolt Food ilə əməkdaşlığın üstünlüklərindən faydalanır və onların sayı hər həftə artır. Bu, yemək çatdırılması xidmətlərinin zamanla ayaqlaşmaq, inkişaf etmək və daha çox gəlir əldə etmək istəyən restoranlar üçün optimal həll yolu olduğunun ən yaxşı təsdiqidir. Bəs sizin restoranınızda çatdırılma xidməti var?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin