BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.1932
  • TRY
    0.0433
  • GBP
    2.2936
51902

Satıcılar müştəri ilə ünsiyyətdə olduğu üçün satış zamanı müştərilər bütün xoş və neqativ fikirlərini onlara deməli olurlar. Ümumi nəzər salan zaman neqativ fikirləri daha çox eşidirlər. Müştərinin şirkət və ya marka ilə olan hər hansı probleminin səbəbkarı kimi satıcını görürlər və bütün fikirlərini satıcıya bildirirlər.

Bu kimi proseslər satıcıların gündəlik həyatına necə təsir edir? Onlara müştərinin təsirinin az olması üçün hər hansı təlimlər effektli olurmu?

Valyuta.az-a danışan "SAT Group” şirkətinin həmtəsisçisi, satış təlimçisi Azad Qəhrəmanov deyir ki, satıcıların müştərilərdən gələn etirazlarla qarşılaşması normaldır. Şirkətdə müştərilərlə işdən məsul olan şəxslər onlardır:

“Məhsul və xidməti müştəriyə onlar satdıqlarına, müştərilər də onları tanıdığına görə, bütün etirazlarını satıcıya edirlər. Bu, bir çox hallarda satış ilə məşğul olan əməkdaşı stressə sala, əməkdaşların işdən çıxmasına səbəb ola, həyat keyfiyyətini də aşağı sala bilər. Amma satış ilə məşğul olan şəxs bu məsələni həll etməyi bacarmalıdır. Birincisi, müştərilərin etirazlarına tolerant yanaşmalı və bunu təbii qəbul etməlidir ki, müştərilərin narazılıqları, etirazları ola bilər. Satış əməkdaşı bunu öz şəxsinə qəbul etməməlidir. Şikayət edən müştəri məhsul və ya xidmətdən şikayət edir. Satıcı başa düşməlidir ki, müştəri etirazını bildirdikcə onda olan gərginlik azalır, sonra daha mülayim söhbətə keçir”.

A.Qəhrəmanovun sözlərinə görə, satıcı etirazlarla və narazılıqlarla işləmək qaydasını bilməlidir:

“Bir çox hallarda narazılıqların səbəbi sadə anlaşmazlıqlar, məhsuldan yanlış istifadə olur. Belə problemlər asanlıqla həll oluna bilir. Bu zaman satış əməkdaşı mübahisə etmədən, konfliktə girmədən müştəri ilə ünsiyyətdə olmalıdır. Satıcı müştərini diqqətlə dinləməli, situasiyanı aydınlaşdırmalı, sonra isə həlli təklif etməlidir. Bu formada yanaşma olan zaman əksər narazılıqlar sonradan məmnuniyyətə çevrilmiş olur. Bu, satış əməkdaşının özünə də motivasiya verir. Çünki o peşəkarlığının sayəsində narazı müştərini razı sala bilir. Bir qisim hallarda ola bilər ki, orada real problemlər var, bu da, təbii haldır. Əgər real problemdirsə, satış əməkdaşı da bu problemi şirkətə çatdırmalıdır. Burada satıcı körpü rolunu oynayır. Məhsul və ya xidmətin keyfiyyətinin artırılmasına dəstək olur”.

Təlimçi onu da bildirdi ki, bəzən müştərilərin narazı olmalarının səbəbkarı satış əməkdaşları olur:

“Məsələn, onlar məhsul haqqında yanlış gözləntilər yaradırlar. Məhsulu satan zaman həddən artıq şişirtmələr edir, məhsulda olmayan xüsusiyyətləri təqdim edərək, müştəridə yanlış gözlənti yaradırlar. Müştəri də məhsulu və ya xidməti istifadə edən zaman həmin gözləntiləri qarşılanmadığına, vəd olunanların olmadığına görə, şikayətçi ola bilir. Bu hal da o zaman olur ki, satış əməkdaşı məhsulu yaxşı tanımır, amma satmaq istəyir. Buna görə də məcbur qalaraq özündən uydurmalı olur. Buna görə də, satış əməkdaşları satdıqları məhsul və ya xidmətləri yüksək səviyyədə öyrənməlidir. Satıcı məhsulu yüksək səviyyədə təqdim edə bilər, amma məhsulda olmayan nüansları bildirmək qətiyyən olmaz”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İstanbuldan Gəncə və Naxçıvana aviabiletin qiymətləri məlum oldu

Avtobus sürücülərinə tapşırıq verildi -RƏSMİ

Bu il qurban kəsmək neçəyə başa gələcək?

Azərbaycanda yaxın gələcəkdə çoxmərtəbəli binalara qaz verilməyəcək

Azərbaycanda vətəndaşlar istilik xidmətini özəl sektordan da ala biləcəklər

Sabah yağış yağacaq, dolu düşəcək

“Azərlotereya” 2024-cü ildə 92.4 milyon vergi ödəyib®

Hövsanda yerləşən restoran 1 milyon manata satılır

Hövsanda yerləşən restoran 1 milyon manata satılır

Ramiz Mehdiyevin gəlini bankdakı payını artırıb - Qardaşının payı azalıb

Komitə banklarda uşaqların adına kart açılmasına qadağa qoyulmasını təklif edir

Nəsli kəsilmiş quşun bir lələyi 48 min manata satıldı

"Mall"larda parkinq qiyməti qalxdı

Bakıda daha bir məşhur restoran sökülür - VİDEO

Firdovsi Məmmədov icraçı direktor təyin olundu

Universitet müəllimləri də MİQ imtahanı verəcək?

Azərbaycanda ən dərin zəlzələlər bu ərazidə baş verir

Nizami rayonunun icra başçısına yeni müavin təyin olundu - FOTO

“Azərsilah” Müdafiə Sənayesi Holdinqində yeni TƏYİNAT

“Azərsilah” Müdafiə Sənayesi Holdinqində yeni TƏYİNAT

"WhatsApp"da yeni dövr - İstifadəçilər telefon nömrəsi paylaşmadan yazışa biləcək

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Dərmanlarla bağlı yeni QƏRAR

Səs-küy salan qonşuları hansı cəza gözləyir?

"Meta" atom elektrik stansiyasının fəaliyyətini dəstəkləyəcək

Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi

Şifahi tərcümənin görünməyən məqamları

Yasamalda yerləşən uşaq bağçası satışa çıxarılıb - QİYMƏT

Neftin qiyməti 70 dollara yaxınlaşır

Tərkibində qızıl tozu olan kürünün 1 kiloqramı 193 min manata satılır

Tərkibində qızıl tozu olan kürünün 1 kiloqramı 193 min manata satılır

Avro və rubl dəyər itirir - Yeni məzənnə

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin