BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.817
  • 1 Rusiya rublu
    0.0199
  • 1 Türkiyə lirəsi
    0.0515
  • 1 İngiltərə funt sterlinqi
    2.1461
50721

Şahin Qədimli
  İdarəetmə üzrə konsultant və təlimçi, “Falcon Consulting Group”un direktoru 

Yəqin bir çoxlarınız belə halla qarşılaşmısınız ki, bəzən işə qəbul olunan təcrübəli işçidən sanki bir möcüzə gözləyirlər. Ona rahatlıqla həmin işi görən əvvəlki işçiyə verilməsində imtina olunmuş əmək haqqından da yüksək əmək haqqı və digər güzəştlər verilir. Həmin şəxsin bütün təklifləri, köhnə əməkdaşlardan fərqli olaraq, diqqətlə dinlənir və müsbət qarşılanır. Rəhbərlik onun rəyinə çox yüksək dəyər verir və həmin şəxs müəyyən müddətə əzizciyəzə çevrilir. Keçmiş həmkarlarımdan biri demişkən, adətən, bu “roman” 3 aya yaxın davam edir. Sonra ya yeni təcrübəli işçi işə qəbul olunur və “əzizcik” statusu ona keçir və ya möcüzənin baş vermədiyini görən rəhbərlik işçiyə qarşı soyuyur və hər şeyi əvvəlki kimi davam edir.

Hər kəsə inanmaq xoşdur ki, işlərin düz getməməsinin səbəbləri işçilərin zəif və təşəbbüssüz olmasından irəli gəlir. Mövcud problemlər özümüzlə bağlı deyil, bizim idarəetmə tərzimizin təzahürü deyil. Həm də hamımızın daxilində möcüzələrə inanan bir uşaq yaşayır. Ona görə də əksəriyyət hesab edir ki, işə düzgün kadr cəlb etsə bir anda sehrli dəyişiklik baş verəcək və zəif departament dərhal nəticə verməyə başlayacaq, satılmayan məhsul satılmağa başlayacaq, brak faizi aşağı düşəcək və s. Şübhəsiz ki, kadrlar böyük rol oynayır və bəzən qısa müddətli effekt verə bilirlər. Bunun əsas səbəbi yeni əməkdaşın keçmiş təcrübəsinin tətbiqi olur. Amma şirkətdəki mühit yaradıcı və təşəbbüskar olmağa şərait yaratmırsa, idarəetmə sistemli deyilsə, yeni işin motivasiya effekti azaldıqca əksər işçilər ümumi ab-havaya uyğunlaşmağa başlayır. İdarəetmə sistemi fərdlərdən çox asılı olan şirkətlərdə isə həmin yeni işçilər işdən ayrıldıqda onların təcrübələri hesabına əldə olunan müsbət effekt də onlarla birgə itir.

Beləliklə, şirkət miqyasında keyfiyyət sıçrayışı üçün tək yeni kadrların cəlb edilməsi azdır. Ümumi idarəetmə sistemi və korporativ mədəniyyətdə dəyişiklik lazımdır. İşlərin indiki kimi getməsinin səbəblərini aradan qaldırmaqla, ola bilsin ki, müsbət dəyişikliklərə elə əvvəlki işçilərlə də nail olmaq mümkün olsun və bahalı yeni kadrların cəlb edilməsinə ehtiyac olmasın. Lakin bu çətin yoldur, daha asanı – bahalı yeni işçi cəlb etməklə möcüzəyə inanmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Avtobus və metroda sərnişindaşımanın qiyməti artdı

Aİ 92 benzin bahalaşdı

Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti ucuzlaşacaq

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

5,5 milyardlıq layihə - Dünyanın ən böyük əyləncə şəhəri TİKİLİR

Vatsapda daha bir yenilik

Lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə vergitutma məsələləri necə tənzimlənir?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb

Goranboyda bu il 4,4 ton barama istehsalı gözlənilir

“Togg” Türkiyənin ən böyük şirkətlərindən birinə çevrildi –RƏQƏMLƏR

Boşanmadan sonra qızıl-ziynət əşyaları kimdə qalmalıdır?

Bu məhsulun xaricə satışından əldə olunan gəlir 8 milyon dollardan çox azalıb – Rəqəmlər

Azərbaycan qaz sayğaclarını hansı ölkədən və neçəyə alır? - Siyahı

Azərbaycanda ilk dəfə Elektrik Avtomobillərin Festivalı keçirilir

Ötən il 700-dən çox tələbə təhsil müəssisələrindən xaric edilib

Hansı işçilərə sınaq müddəti təyin edilə bilməz?

Ölkədə polad tökmə istehsalı 40 faizədək artıb

Bu ölkədə “iPhone” satışı qadağan oluna bilər

İlk geyim və iynə harada icad edilib?

Bakıda əmək haqqı 40 manat artıb - Rəsmi

Bəzi şəxslərin pensiyasına əlavələr yeni qaydada hesablanacaq

“WhatsApp” 45 telefonda fəaliyyətini dayandıracaq – SİYAHI

PSJ ona 250 milyon avro təklif etdi

Azərbaycanda bu kənddən sakinlərin təxliyəsinə başlanıldı

Brüssel Misirə ilk milyardı ayırdı: 40 milyardlıq investisiya sazişləri imzalandı

Genefondumuzu təhdid edən təhlükə

Bakının mərkəzindəki eskalatorların bəxti nə vaxt açılacaq? (VİDEO)

Qanun pozuntusu, yoxsa müştəriyə dəstək?

Abşeronda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin