BAKU Azərbaycan
28.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.817
  • 1 Rusiya rublu
    0.0199
  • 1 Türkiyə lirəsi
    0.0515
  • 1 İngiltərə funt sterlinqi
    2.1461
50655

Azərbaycanda fəaliyyətdə olan sahibkarların 99,6%-ni KOB subyektləri təşkil edir. Onların 96,8%-i mikro, 2%-i kiçik və 0,8%-i orta sahibkarlıq subyektləridir. Ölkəmizdə KOB subyektləri əsasən ticarət, kənd təsərrürfatı, tikinti, emal, logistika, sənaye, turizm, ictimai iaşə, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərirlər.

KOB subyektlərinin yeni bölgüsü meyarlarının tətbiq edildiyi son 5 il ərzində KOB-ların sayı 54% artıb. Bu dövrdə KOB–ların qeyri-neft/qaz sektoru üzrə əlavə dəyərdə payı 23,5%-dən 27,2%-ə yüksəlib. KOB-lar tərəfindən yaradılan əlavə dəyərin həcmi 74%-dən çox artaraq təqribən 17,2 milyard manat təşkil edib. Bu dövrdə KOB-ların işçilərinin sayı 31% artaraq 370 min nəfəri keçib. 

Ötən ilin statistikasına əsasən Azərbaycanda KOB sektoru üzrə cəmi dövriyyə 43,8 milyard manat təşkil edib ki, bu da 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 13% artım deməkdir. Son illərin statistik göstəricilərinə əsasən meyarı böyüyən şirkətlərin sayında müsbət dinamika müşahidə edilir. 2022-ci ildə meyarı böyüyən şirkətlərin sayı təqribən 4600, 2023-cü ildə isə 5300-ü keçib. Şirkətlərin böyüməsi təkcə onların dövriyyəsinin artması ilə deyil, eyni zamanda, texniki imkanlarının genişlənməsi, mütərəqqi biznes proseslərinin tətbiqi və məhsuldarlığının yüksəlməsi ilə müşayiət olunur. Bu isə ölkə iqtisadiyyatının dayanıqlığının artırılmasında və şaxələndirilməsində mühüm rol oynayır. 

Ölkəmizdə sahibkarlar, o cümlədən KOB subyektləri dövlətin geniş dəstək tədbirləri ilə əhatə olunur. Bu iqtisadiyyatın müxtəlif sahələrində yeni KOB subyektlərinin yaranmasını və mövcud KOB-ların fəaliyyətinin genişlənməsini, mikro sahibkarların kiçik, kiçik sahibkarların orta və iri biznes subyektlərinə çevrilməsini stimullaşdırır. KOB subyektlərinə göstərilən dəstək və xidmətlər biznesin qurulmasından başlayaraq onun inkişafına qədər olan bütün prosesi əhatə etməklə, müxtəlif vergi və gömrük güzəştlərini, infrastruktur və digər institusional dəstək tədbirlərini, güzəştli kredit və subsidiyaları və sairi əhatə edir. Həmçinin, sözügedən sektorda dövlət siyasətinin təkmilləşdirilməsi, həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması və institusional dəstəyin təmin edilməsi məqsədilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yeni KOB-ların yaradılması və mövcud bizneslərin inkişafı müxtəlif dəstək alətləri və xidmətlərlə dəstəklənir. 

KOB-ların ehtiyac və problemləri daima diqqətdə saxlanılmaqla, onlarla qarşılıqlı əməkdaşlıq, dövlət-özəl sektor əməkdaşlığı platforması çərçivəsində keçirilən sahəvi görüşlər, forumlar, eləcə də sorğular vasitəsilə mütəmadi olaraq öyrənilir. Əldə olunmuş məlumatlara uyğun olaraq, qanunvericilikdə müvafiq dəyişikliklər edilir, əlavə güzəştlər və yeni dəstək mexanizmləri işə salınır. 

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində hazırlanan ortamüddətli sosial-iqtisadi inkişaf strategiyasında da kiçik və orta sahibkarlığın ölkədə iqtisadi artımın və məşğulluğun əsas mənbəyinə çevrilməsi strateji hədəflərdən biri olaraq müəyyən edilib. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanuna, Nazirlər Kabinetinin 5 fevral 2024-cü il tarixli Qərarı ilə təsdiq edilmiş KOB subyektlərinə əlavə dəstəyin göstərilməsini nəzərdə tutan iqtisadiyyatın prioritet sahələrinin siyahısına, eləcə də sahibkarlıq sahəsində dövlətin prioritetlərinə və beynəlxalq müstəvidə KOB-larla bağlı çağırışlara uyğun olaraq, KOB subyektlərinə dəstək qarşıdakı dövrə də davam etdiriləcək. 

Qarşıdakı illərdə KOB-ların rəqəmsallaşmasına, “yaşıl iqtisadiyyat”a keçiddə KOB-ların rolunun artırılmasına, işğaldan azad olunmuş ərazilərdə KOB subyektlərinin fəaliyyətinin təşkilinə diqqət daha da artırılacaqdır.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Hansı işçilərə sınaq müddəti təyin edilə bilməz?

Ölkədə polad tökmə istehsalı 40 faizədək artıb

Bu ölkədə “iPhone” satışı qadağan oluna bilər

İlk geyim və iynə harada icad edilib?

Bakıda əmək haqqı 40 manat artıb - Rəsmi

Bəzi şəxslərin pensiyasına əlavələr yeni qaydada hesablanacaq

“WhatsApp” 45 telefonda fəaliyyətini dayandıracaq – SİYAHI

PSJ ona 250 milyon avro təklif etdi

Azərbaycanda bu kənddən sakinlərin təxliyəsinə başlanıldı

Brüssel Misirə ilk milyardı ayırdı: 40 milyardlıq investisiya sazişləri imzalandı

Genefondumuzu təhdid edən təhlükə

Bakının mərkəzindəki eskalatorların bəxti nə vaxt açılacaq? (VİDEO)

Qanun pozuntusu, yoxsa müştəriyə dəstək?

Abşeronda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək

Üç qızı ilə yüksək nəticə göstərən müəllim: "İşi itirmək qorxusu vardı"

"Şirinliy"ə görə etiraz edən həkim işdən çıxarıldı (VİDEO)

Sabah 32 dərəcə isti olacaq

Azərbaycanın İsraillə ticarət dövriyyəsində 300 milyon dollara yaxın azalma

Çimərliklərdə daha çox harada boğulma olur? (VİDEO)

Marsın səthi niyə aramsız titrəyir?

Azərbaycan ən çox hansı ölkələrə xam neft və neft məhsulları satır? - TOP 5

Bakı Ali Neft Məktəbinin komandası 100 000 $ investisiya qazandı

Kurslar söz verir, ancaq 3 ay ərzində bir dili tam öyrənmək olarmı? -Ekspertdən AÇIQLAMA

Estoniya Rusiyanın dondurulmuş aktivlərini müsadirə edə bilməz - İzvestiya

Cənubi Koreya Rusiya və Belarusa ixracı qadağan edilən malların siyahısını genişləndirdi

"Galaxy S25 Ultra" qalmaqalı "Samsung" smartfonuna oxşayacaq

Qazaxıstan Birjası Moskva Birjasını səhmdarları sırasından çıxarmaq niyyətindədir

Naxçıvan Avtomobil Zavodu gömrük qaydalarını pozub?

BVF ABŞ-ın dövlət borcunu azaltmaq imkanından danışdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin