BAKU Azərbaycan
28.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.817
  • 1 Rusiya rublu
    0.0199
  • 1 Türkiyə lirəsi
    0.0515
  • 1 İngiltərə funt sterlinqi
    2.1461
50516

Azərbaycanda 2023-cü ildə meyarı böyüyən şirkətlərin sayı 5 mini ötüb, halbuki 2022-ci ildə bu göstərici təqribən 4 600 təşkil edib.

Valyuta.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün keçirilən "Yerli şirkətlərin tanıtım sərgisi"ndən deyib.

"Şirkətlərin böyüməsi təkcə onların dövriyyəsinin artması ilə deyil, eyni zamanda, texniki imkanlarının genişlənməsi, mütərəqqi biznes proseslərinin tətbiqi və məhsuldarlığının yüksəlməsi ilə müşayiət olunur. Bu da, ölkə iqtisadiyyatının dayanıqlığının artırılmasında və şaxləndirilməsində mühüm rol oynayır", - O.Məmmədov bildirib.

O, 5-ci "Yerli şirkətlərin tanıtım sərgisi"ndən bir sıra gözləntilərin olduğunu vurğulayıb:

"İlk növbədə, ümid edirik ki, sərgidə iştirak edən şirkətlər satış göstəricilərini daha da genişləndirə biləcəkdir. Ötən ilin statistikasına əsasən KOB sektoru üzrə dövriyyədə artım müşahidə edilir.

Ölçülə bilən digər bir gözlənti iştirakçı şirkətlərin inkişaf etməsi və böyüməsidir. Ötən illərin rəqəmləri burada müsbət dinamikanın olduğunu göstərir. Nəhayət, ümid edirəm ki, sərgi təkcə yerli deyil, həmçinin, xarici bazarlarda da Azərbaycanı uğurla təmsil edə biləcək yeni KOB brendlərinin formalaşmasına töhfə verəcəkdir. Biz bugünkü sərgiyə beynəlxalq şirkətlərin, xarici biznes təşkilatlarının və assosiasiyaların nümayəndələrini də dəvət etmişik. Məqsədimiz onların vasitəsilə yerli şirkətlərimizin xarici auditoriyaya tanıdılmasına imkan yaratmaqdır".

Onun sözlərinə görə, bu gün ölkədə sahibkarlığın inkişafı üçün dövlət tərəfindən müxtəlif istiqamətlərdə geniş dəstək tədbirləri həyata keçirilir: "İstənilən biznes fəaliyyətinin əsas məqsədi isə istehsal olunan məhsul və xidmətlərin daha çox satılması ilə gəlir imkanlarının genişləndirilməsidir. İnnovativ texnologiyaların geniş vüsət aldığı müasir dövrümüzdə satış kanallarının çeşidi və məzmunu da dəyişir. Lakin sərgilər uzun tarixi keçmişə malik olmasına baxmayaraq, bu gün də effektiv platforma kimi öz əhəmiyyətini qoruyub saxlayırlar. Çünki onlar sahibkarlara müştərilər ilə birbaşa ünsiyyət qurmaq, öz brendini tanıtmaq, daha böyük və tanınmış şirkətlər ilə bir arada olmaq, mövcud yeniliklər ilə tanış olmaq və biznes əlaqələrini inkişaf etdirmək baxımından əlverişli imkanlar yaradır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qarabağ Universitetində yeni təyinat

“Ata Sığorta”nın yığımlarında azalma davam edir

Rusiya Bankı bazarda xarici valyuta satışını 9 milyarda qədər azaldacaq

Bu ölkə ilə ikiqat vergitutma aradan qaldırılır

Şənbə gününün havası açıqlandı

Əmi, dayı və xala uşaqlarının nikahı qadağan ediləcək

Svetoforun qırmızı işığında keçən və “protiv” sürənlər 100 manat cərimə olunacaq

Şəhid ailələrinin hüquqlarının artırılmasına dair qanun qəbul edilib

Layihə idarəetməsində önəmli 4 komponent

Ödəniş etmədən parklanma yerini tərk edənlər inzibati məsuliyyətə cəlb olunacaq

Bakıda potensial sürüşmə zonalarında təhlükəsizlik tədbirlərinə başlanılır

Azərbaycanda yeni rüsumlar müəyyən edildi – 50 min manat

Azərbaycanda yeni rüsumlar müəyyən edildi – 50 min manat

İZİA: Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 216 milyon manatı ötüb

“Suqovuşan qəsəbəsinə 190 ailə köçürüləcək”

Azərbaycan ən çox hansı ölkələrə xam neft və neft məhsulları satır? - TOP 5

Əhalinin hələ də köhnə avtomobillərə üstünlük verməsinin səbəbi nədir?

Dövlət qulluğuna qəbul imtahanının vaxtı açıqlandı

Azerconnect Group BMT-nin xüsusi mükafatına layiq görülüb®

İlin sonuna kimi Xocavəndə 53 ailə köçürüləcək

Depozit Mərkəzi Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulub

Aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı

Qubadlı-Eyvazlı avtomobil yolunun inşa işlərinin 75 %-i icra olunub

Yeni işçi sehrbaz deyil

“A-Qroup Sığorta Şirkəti”nin yığımları və ödənişləri azalıb

Sayı 7000-ə qədər azalan taksilərdə qiymətlər artacaq (VİDEO)

Mikayıl Cabbarov: “Azad edilmiş ərazilərdə minlərlə iş yeri yaradılıb”

Dövlət Neft Fondu BƏƏ-də təhsil mərkəzinə 100 mln. dollar yatırım edib

Azərbaycanda idmançılara xüsusi paralimpiya təqaüdü veriləcək

İranda növbədənkənar prezident seçkiləri keçirilir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin