Bizneslər yay aylarında hansı marketinq vasitələrindən istifadə etməlidirlər?
Rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer Rəqsanə Məmmədova Valyuta.az üçün yazır...
İsti havalar insanların davranışları kəskin dəyişir. Ailələrin büdcələri yay əyləncələrinə yönəlir, mağazalarda sıxlıq daha çox gün batandan sonra olur, müəyyən təbəqə isə 3 aylıq bağa və rayonlara köçür. Amma necə deyərlər, iqdisadiyyatdan pul yox olmur, sadəcə istiqamətini dəyişir.
Bəzi bizneslərin satışları kəskin azalsa da (məsələn, kursların), digər bizneslərin satışlarında artım müşahidə olunur.
Bu səbəbdən marketoloqlar yay mövsümündə yanaşmalarını dəyişməlidir.
Məsələn:
1) Açıq havada və ya dəniz kənarında brendin xüsusi eventləri təşkil oluna bilər.
2) Yay endirim kampaniyalarına, yay təkliflərinə, mövsüm aksiyalarına start verilə bilər.
3) Sosial mediada isə, paylaşımların konsepti daha şən, rəngarəng və dinamik olmalıdır. Çünki yay mövsümünda insanlar daha çox dincəlməyə, əyləncəyə meyillidirlər.
4) Rəqəmsal marketinqdə ödənişli reklamların nümayiş vaxtı test olunmalıdır. Çünki bəzən “traffic” gecələr çoxalır, səhərlər isə azalır.
5) Reklamların nümayişi insanların daha sıx olduğu lokasiyalar (dəniz qırağı, rayonlara və s,) yönəlsə, reklam daha effektiv olar.
Bunlar hamısı ümumi ideyalardır. Biznesdən, seqmentdən, brendin tanıtım səviyyəsindən asılı olaraq alətlərdə dəyişir.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay