BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
48495

Azərbaycanla Avropa İttifaqı ölkələri arasında bu ilin 4 ayında ticarət dövriyyəsinin həcmi 5 milyard 305 milyon ABŞ dolları təşkil edib.

Valyuta.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 1,7 dəfə azdır.

Belə ki, bu, 2023-cü ilin yanvar-aprel aylarında 9 milyard 475 milyon 412 min ABŞ dolları təşkil edib. 

Hesabat dövründə Azərbaycanın Avropa İttifaqı ölkələrinə ixracının həcmi 4 milyard 517 milyon 421 min ABŞ dolları təşkil edib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə azdır. 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanın Avropa İttifaqı ölkələrinə ixracının həcmi 8 milyard 460 milyon 125 min ABŞ dolları təşkil edib.  

Azərbaycanın Avropa İttifaqı ölkələrindən idxalının həcmi 787 milyon 600 min ABŞ dolları təşkil edib. Bu, 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 227 milyon 697 min ABŞ dolları, yaxud da 22,4 % azdır. 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanın Avropa İttifaqı ölkələrindən idxalının həcmi 1 milyard 15 milyon 287 min ABŞ dolları olub.   

Azərbaycanla Portuqaliya arasında ticarət dövriyyəsinin həcmi 2024-cü ilin yanvar-aprel aylarında 122 milyon 628 min ABŞ dolları olub ki, bu da 2023-cü illin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur. Portuqaliyaya ixrac 117 milyon 431 min ABŞ dollar olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur, Portuqaliyanın idxalı isə 5 milyon 197 min ABŞ dolları olub, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 32,2 % çoxdur. 

Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin həcmi 3 milyard 42 milyon 408 min ABŞ dolları olub, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 48,5 % azdır. Azərbaycanın İtaliyaya ixracının həcmi 2 milyard 897 milyon 401 min ABŞ dollar təşkil edib. Bu, 2023-cü illə müqayisədə 49,7 % azdır. İtaliyadan idxalın həcmi 145 milyon 70 min ABŞ dollar təşkil edib. Bu, 2023-cü illin müvafiq dövrü ilə müqayisədə  3,6 % çoxdur. 

Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin həcmi 552  milyon 144 min ABŞ dollar təşkil edib. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,6 % azdır. Almaniyaya ixracın həcmi 304 milyon 994 min ABŞ dollar təşkil edib. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,3 % azdır.  Almaniyadan Azərbaycana idxalın həcmi 6,1 % azalaraq 247 milyon 150 min ABŞ dollar təşkil edib. 

Hesabat dövründə Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsinin həcmi 17,6 % azalaraq 290 milyon 964 min ABŞ dollar təşkil edib. Azərbaycanın Çexiyaya ixracının həcmi 2024-cü ilin yanvar-aprel aylarında 272 milyon 822 min ABŞ dollar təşkil edib ki, bu da 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 15,7 % azdır. Çexiyadan idxalın həcmi isə 18 milyon 142 min ABŞ dollar təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə azdır. 2023-cü ildə bu göstərici 29 milyon 451 min ABŞ dollar olub. 

Azərbaycanla Yunanıstan arasında ticarət dövriyyəsinin həcmi 2024-cü ilin yanvar-aprel aylarında 190 milyon 268 min ABŞ dollar təşkil edib. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə azdır. Yunanıstanla ticarət dövriyyəsinin həcmi 2023-cü ilin yanvar-aprel aylarında 585 milyon 206 min ABŞ dollar təşkil edib. 

Azərbaycanın Yunanıstana ixracının həcmi 170 milyon 716 min ABŞ dollar olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə azdır. Bu, 2023-cü ilin müvafiq dövründə 579 milyon 230 min ABŞ dollar olub. Yunanıstanın idxalının həcmi 19 milyon 552 min ABŞ dollar olub. Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,2 dəfə çoxdur. 

Nara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Transkontrol"a protokol yazıldı

Naxçıvan MR Dövlət Energetika Agentliyi ləğv olunub - Prezident Fərman imzaladı

“Expressbank”ın rəhbərliyinə təyinat olub

“Expressbank”ın rəhbərliyinə təyinat olub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin