BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7677
  • RUB
    1.6998
  • TRY
    0.0482
  • GBP
    2.1315
48192

“Şirkətlər qiymətlərini müəyyənləşdirməkdə sərbəstdirlər. Bunu alıcıların istəyi müəyyən edə bilməz”. 

Bu sözləri Valyuta.az-a iqtisadçı Xalid Kərimli “Trendyol”un birbaşa çatdırılma qiymətlərini artırması fonunda bəzi karqo şirkətlərinin çatdırılma qiymətini ucuzlaşdırmasını şərh edərkən deyib.

Xalid Kərimlinin sözlərinə görə, şirkətin bir strategiyası, portfeli var, qiymət siyasətini də ona görə formalaşdırırlar:

“Alıcılar isə yalnız qiymətlərdən razı qalmasa, rəqib şirkətlərin xidmətindən istifadə edə bilərlər. Yəni alıcı şirkəti bu formada cəzalandıra bilər”. 

İqtisadçı qeyd edib ki, görünür, şirkət qiymət artımı ilə çatdığı müştəri sayını artırmağı fikirləşmir: 

“Fikirləşir ki, xidmətim və keyfiyyətim bəllidir, indi isə pul qazanmaq zamanıdır. Hər zaman belə olur ki, ucuz qiymət siyasəti bazarı tutmağa hesablanır. Daha sonra isə qiymətlər artırılaraq pul qazanılır”. 

“Bu qərarın verilməsində Azərbaycanda fəaliyyət göstərən bəzi türk markalarının da narazılığı səbəb ola bilərmi” sualına cavab olaraq ekspert bildirib ki, onların narazılığı qiymət artımı ilə bağlı deyil, onlar ümumiyyətlə, bu məhsulların “Trendyol” vasitəsi ilə gətirilməsinin qadağan edilməsini istəyirlər:

“Bununla bağlı şikayətlərini “Trendyol”un baş ofisinə bildirə bilərlər. Azərbaycanda mağazaları olan bəzi türk markaları istəyirlər ki, məhsullarını özləri ölkəyə gətirib mağazalarında eksklüziv satsın. “Trendyol”isə onlara rəqabət və problem yaradır. Yəni, düşünmürəm ki, qiyməti artırmaqla bu cür markaların istəklərinə oynasınlar. Çünki “Trendyol” bazarı yaxşı bilir, analiz imkanları var, hədəfi də var. Əvvəl qarşısına daha çox müştəri cəlb etmək qoyurdusa, indi isə daha çox pul qazanmağı qoya bilər və buna görə də qiymət artımına gedə bilər”. 

Qeyd edək ki, “Trendyol Azərbaycan" şirkətinin açıqladığı məlumatlara görə, daha böyük həcmdə olan bağlamalar üçün qiymət dəyişikliyi olub. Yeni qaydalara əsasən, məhsul çeşidinin çox kiçik bir hissəsində müxtəlif həcmli bağlamaların qiyməti fərqlənir. Ən aşağı qiymət məhsulların əksəriyyətində 79,99 TL olaraq qalır və dəyişməyib. Daha böyük həcmdə olan bağlamalar üçün isə bu rəqəm 99,99 TL - 399,99 TL arasında dəyişir. 

Davud
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ölüm tarixini proqnozlaşdıran süni intellekt yaradıldı

Dövlət qurumu ilə şirkət arasında cərimə qalmaqalı

Yer nə vaxt yaşayış üçün yararsız olacaq? - İlon Mask açıqladı

"Apple"ın dəyəri 4 trilyon dollara yaxınlaşdı

Dolların dünya ehtiyatlarında payı son 30 ildə minimuma düşdü

"Xanni-2017" məhkəmə qarşısında

"Forbes"in siyahısında yer alan milyarder uğurun sirrini açıqladı

Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı

Naxçıvanın Təcili Tibbi Yardım Xidməti 980 minlik cihaz alır

Yapon şirkəti qlobal ticarət müharibəsinə hazırlaşır

Yapon şirkəti qlobal ticarət müharibəsinə hazırlaşır

Bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Azərbaycan çempionatında bazar dəyəri yüksək olan futbolçular açıqlanıb

2024-cü ildə baş verən təyyarə qəzaları

"Yük Taksisi.Az" böyük məbləğdə cərimələnə bilər

Nazir Rəşad Nəbiyev: Qalıqlar və şahid ifadələri deməyə əsas verir ki, təyyarəyə kənar müdaxilə olub

AZAL: Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb

2025-ci ildə dövlət büdcəsindən ayrılacaq subsidiyalar - TOP 5

25 BOKT nizamnamə kapitalı ilə bağlı yeni tələblərə cavab vermir

Rüşvətlə plastik cərrahiyyəyə icazə verən şəxslər həbs edildi

Rusiyadan AZAL-ın təyyarə qəzası ilə bağlı etiraf

Rusiyadan AZAL-ın təyyarə qəzası ilə bağlı etiraf

AZAL Rusiyanın 10 şəhərinə uçuşları dayandırır

“Azərbaycan Sənaye Korporasiyası” ləğv edildi

Vergilər Məcəlləsinə edilən son dəyişikliklər...

Prezident süni torpaq sahələri ilə bağlı bəzi qanunlarda dəyişiklikləri təsdiqləyib

Azərbaycan təyyarə qəzasının araşdırılması üçün Türkiyə mütəxəssislərini cəlb edib

Məmura cərimə yazıldı

Bu şəxslər üçün vergi güzəştləri gələn ildən qüvvəyə minəcək

Milli Məclisin deputatları tətilə çıxır

Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin