06.05.2024 / 11:57
Qubada hotel və restoran layihəsinə 150 min manat güzəştli kredit verilib
47542
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Quba rayonunda hotel və restoran layihəsinə 150 min manat güzəştli kredit ayırıb.
Valyuta.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, kredit fərdi sahibkar Humayə Məmmədova ayrılıb.
“Qadın sahibkarların dəstəklənməsi fəaliyyətimizin başlıca prioritetlərindəndir”, - Mikayıl Cabbarov bildirib.
Sahibkar Humayə Məmmədova Qubada icra olunacaq #hotel və restoran xidməti layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan (@sahibkarliq) 150 min ₼ #güzəştlikredit əldə edib. Qadın sahibkarların dəstəklənməsi fəaliyyətimizin başlıca prioritetlərindəndir.#SİF #EconomyAz pic.twitter.com/VuluQVXGQ5
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 6, 2024
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay