Yeni gələn işçiyə daha çox maaş verilir?
Şirkətdə iş təcrübəsi çox olan işçilər yeni gələn kadrların onlardan çox maaş aldığını eşidəndə, bu, narazılıq yaradır. “Mən uzun illərdir bu şirkətdə işləyirəm, amma filan işçi dünən gəlib, amma bizdən çox maaş verilir” tipli fikir bildirilir. “Eyni işi görürüksə, eyni maaş almalıyıq” kimi düşünürlər. Lakin təcrübədə də görürük ki, yeni gələn işçilərdə bəzən maaş daha yüksək ola bilir. Maraqlıdır, yeni gələn işçinin maaşı hansı kriteriyalara görə müəyyənləşir? Ümumiyyətlə, hansı hallarda işə yeni başlayan işçilərə daha çox maaş verilir?
Valyuta.az-a danışan Beynəlxalq Əmək Təşkilatının rəsmi təlimçisi, insan resursları mütəxəssis Saleh Həsənov deyir ki, “Şirkətdə uzun müddət işləyən işçi daha çox maaş almalıdır” deyə bir yanaşma yoxdur:
“Ola bilər ki, yeni mütəxəssis öz üzərində daha çox işləyib və özünə, təhsilinə, karyerasına daha çox yartırım edib. Təbii ki o kadr yeni əməkdaş olsa da, yaşca kiçik olsa belə, stajlı işçilərdən daha çox maaş ala bilər. Bunun ədalətli olması üçün şirkətdə insan resursları maksimum dərəcədə ədalətli və uyğunlaşdırılmış sistem kimi qurulmalıdır. İşçilər şirkətdəki ədalətli sistemə güvəndiyi zaman bu kimi hallarla rastlaşmırıq. Əməkdaş görür ki, onun sertifikatları çox olarsa, maaşı da çox olacaq. Dərəcələndirmənin əsaslandırması olduğu halda, bu kimi halları müşahidə etməyəcəyik. Bu sistemin üzərindən də yeni gələn işçinin maaşı kriteriyalara görə müəyyən olunacaq və ola bilər ki, yeni gələn işçinin maaşı stajlı işçilərdən çox olsun”.
Mütəxəssis onu da qeyd edib ki, şirkətlərdə təcrübəsi çox olan işçilərin maaşının çox olması halları da var, amma müddət göstərici sayılmır və işçinin çox işləməsi onun daha yaxşı işləməsi mənasına gəlmir.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay