Dövlət müəssisəsində çalışan şəxs sahibkarlıqla məşğul ola bilərmi?
Mən dövlət işində çalışıram və hər ay əməkhaqqımın bir hissəsi müqabilində investisiya üçün qızıl alıram. Müəyyən müddətdən sonra həmin məhsulun satışına başlasam, əldə etdiyim gəlirdən vergini necə ödəməliyəm?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, gələcək illərdə sahibkarlıq fəaliyyəti həmin dövr üçün qüvvədə olacaq qanunvericilik aktlarına əsaslanacaq.
Mövcud qanunvericiliyə görə, məhsulun satışından əldə edilən gəlir sahibkarlıq fəaliyyəti hesab olunur. "Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna əsasən, sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərin həllini və ya bu fəaliyyətə nəzarəti həyata keçirən dövlət orqanlarının və qurumların vəzifəli şəxslərinə və mütəxəssislərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağandır.
Əsas: "Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay