Əmək müqaviləsiz işçi çalışdıranların cəzası nədir?
Bir çox müəsisələrdə işçilər ilə əmək müqaviləsi bağlanmadan onların əməyindən istifadə olunur. Təəssüf ki, hələ də rəsmi qeydiyyatlı iş elanları ekstra bir hal kimi vurğulanır. Bunun da əsas səbəbi bəzi şirkətlərin işçiləri rəsmi qeydiyyatsız işlətməsidir. Bəs əmək müqaviləsi olmadan işçiləri çalışdıran sahibkarları nə gözləyir?
Bu barədə Valyuta.az-a danışan vergi məsələləri üzrə ekspert Nahid Tağıyev bildirib ki, bu hallarda cərimələr tətbiq olunur və bu cərimələr dəfələrlə təkrarlanmaya görə artır:
“Vergi Məcəlləsinə görə, belə hala təqvim ilində birinci dəfə rast gəldikdə hər iki işçiyə görə 2 min manat, il ərzində ikinci dəfə rast gəldikdə, hər nəfər üçün 4 min manat, üçüncü dəfə və daha çox belə hallarla rastlaşılarsa, 6 min manat maliyyə sanksiyası tətbiq olunur.
Əgər əmək müqaviləsi bağlanmadan işə cəlb olunan içilərin sayı 10-dan çoxdursa, o zaman bu şəxsə cinayət işi açılır. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən həmin şəxsə 7 min manatdan 10 min manata qədər cərimə, iki ilə qədər islah işi və ya iki ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər. Həmin şəxs işçilərə görə tətbiq olunan maliyyə sanksiyasını birinci dəfə tam ödəyərsə, məsuliyyətdən azad olunur”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay