Azərbaycanda inkişaf edən kofe mədəniyyəti - “Coffee Shop”lar hansı səhvləri edir?
Hazırda Azərbaycanda da günbəgün “Coffee Shop”ların sayı artmaqdadır. Dünya markası olan belə restoranların da ölkəmizdə filialları açılır. İstər yerində içmək, istərsə də ayaqüstü içki kimi kofelər gündəlik qida rasionumuza daxil olub.
Hətta bəzilərimiz həyatımızı kofesiz təsəvvür edə, günümüzü isə kofesiz başlaya bilmirik. Mütəxəssislər isə kofe içməyin alışqanlıq yaratdığını və insan orqanizmi üçün ziyanlı olduğunu bildirir.
Azərbaycanda “Coffee Shop”ların sayının artması dövrün tələbidir, yoxsa bizdə də artıq insanlar kofeləri qida rasionlarının ayrılmaz hissəsi hesab edir? Kofe seçərkən nələrə diqqət edək? Həqiqətənmi kofe insan orqanizmi üçün ziyanlıdır?
Valyuta.az bu sualları qida mütəxəssisi Ağa Salamovla müzakirə edib.
Ağa Salamov deyib ki, kofeni bir mədəniyyət kimi Azərbaycanda formalaşdırmaq lazımdır. Nəzərə almalıyıq ki, hazırda dünya qloballaşır və müxtəlif ölkələrdən də Azərbaycana turistlər gəlir. Ona görə də belə yerlərin açılması normaldır:
“Kofe mədəniyyəti, “Coffee Shop”lar bütün dünyada var, Azərbaycanda da olmağı böyük qlobal məsələ deyil. Nəzərə alsaq ki, qarşıdan da COP29 gəlir və Azərbaycan 80 mindən artıq turisti qəbul edəcək. Onların içərisində inkişaf etmiş ölkələrdən gələn şəxslər də olacaq. Doğrudur, ilk olaraq turistlərin tələbatı milli mətbəximizə, müxtəlif çeşidli yeməklərə yönəlməlidir. Çünki 82 faiz turist getdiyi yeri yadında yediyi yeməyə görə saxlayır. Amma buna baxmayaraq “Coffee Shop”larında olması zəruridir. Çünki onların şəhəri gəzərkən kofe içə biləcəkləri yerlər olmalıdır. Yəni, belə yerlərin olması təqdirə layiqdir”.
Qida mütəxəssisinin sözlərinə görə, belə yerlərdə istifadə edilən kofelərin təmiz olub-olmaması sual doğurur: “Yəni, bu kofelər üyüdülmüşdür, yoxsa toz kofelərdir, bu önəmlidir. İndi ən keyfiyyətli kofe üyüdülmüş və təzə kofelərdi. Çox vaxt görürük ki, bu “Coffee Shop”larda doğru bildikləri yalnışlıqlarla keyfiyyətsiz məhsulu insanlara satmış olur. “Coffee Shop”larda isə yalnışlıqlar var. Onlar birdən-birə bir kilo və daha çox kofeni üyüdərək saxlayırlar. Bu isə düzgün deyil. Çünki kofe yerində üyüdülməlidir. İndiki aparatlarda kofeni yerindəcə üyüdüb, kofe hazırlayıb müştəriyə təqdim etmək lazımdır. Bu zaman müştəri o kofenin ləzzətini, dadını, ətrini hiss edə bilər. Kofe içmək sağlıq üçün zərərli deyil, hər bir qida kimi artıq istifadə ediləndə ziyanı ola bilər”.
Ağa Salamov “Coffee Shop”larda müştəriyə təqdim olunan şirniyyatlardanda danışarkən deyib ki, onlar stokda qalarkən köhnəlir, kif atır:
“Bu cür məhsullardan da qida zəhərlənməsi baş verə bilir. Ona görə də belə yerlərdə buna da nəzarət olunmalıdır ki, həmin şirniyyatlar da gündəlik tələbata uyğun olsun. Şirniyyatların təzəliyi qorunmalıdır ki, qida zəhərlənməsi baş verməsin. Kiflənmiş hansısa bir şirniyyatda, tortda stafilikokk bakteriyası əmələ gəlir. Bu bakteriya da patogen bakteriya sayılır və qida zəhərlənməsində böyük rol oynayır. Ona gərə də burda satılan şirniyyatların təzə olması da mütləq və zəruridir”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay