Bu il 205 xarici investisiyalı müəssisə dövlət qeydiyyatından keçib
2024-cü ilin mart ayının 1-nə Azərbaycanda uçotda olan 1.531.963 vergi ödəyicisinin 87,35%-i fiziki şəxs, 12,7%-i hüquqi şəxs və digər təşkilatlar olub.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,8 %, o cümlədən fiziki şəxslərin sayı 7,8% (ümumi artımın 86,6%-i), hüquqi şəxslərin sayı isə 8,3% (ümumi artımın 13,4%-i) artıb. Təhlil aparılan dövrdə vergi ödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,7% olub. Kommersiya qurumlarının sayı 178.323 vahid təşkil edib və müqayisə edilən dövr ərzində 9% artıb.
2024-cü ilin yanvar-fevral aylarında 2.062 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 1.857-si yerli investisiyalı, 205-i isə xarici investisiyalı müəssisələrdir. Bu dövrdə qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 85,7% təşkil edib. Bu ilin iki ayında yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 200 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 9,5%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 10,3% təşkil edib.
Ümumiyyətlə, 2024-cü ilin yanvar-fevral aylarında icra olunmuş elektron qeydiyyat ərizələrinin 1.392-si və ya 88,6%-i Asan imza vasitəsilə təqdim olunub. Mart ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,8%-i məhdud məsuliyyətli cəmiyyət, 1,2%-i səhmdar cəmiyyəti, 1,1%-i kooperativ və s. formalarda yaradılıb, 22.768 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib.
Hesabat dövründə dövlət qeydiyyatında olan 178.323 kommersiya qurumundan 114.305-nin fəaliyyəti aktiv olub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 11,8% artıb, xüsusi çəkisi isə 1,6% yüksələrək 64,1% təşkil edib. 2024-cü ilin mart ayının 1-nə fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) vergi ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7%, kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı isə 14,2% artıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay