Azərbaycan-Xorvatiya biznes forumu keçirilib
Forumda ölkələr arasında ticarət və investisiya tərəfdaşlığının inkişafı imkanlarına dair müzakirələr aparılıb, sahibkarlar arasında ikitərəfli görüşlər keçirilib.
Valyuta.az xəbər verir ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Xorvatiya İqtisadiyyat Palatasının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Xorvatiya biznes forumu keçirilib. Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, qida sənayesi, tikinti, ticarət, energetika sahələrində fəaliyyət göstərən 40-dan çox şirkət nümayəndəsi iştirak edib.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin dövlət başçılarının dostluq münasibətləri sayəsində daha da inkişaf etdiyini vurğulayaraq, bu münasibətlərin iqtisadi müstəvidə də əks olunması üçün sahibkarlar arasında əlaqələrin qurulması və bu istiqamətdə işlərin intensivləşdirilməsinin vacibliyini ifadə edib. Nazir müavini forumun qarşılıqlı investisiyaların təşviqi sahəsində irəliləyişin əldə olunmasına müsbət təsir göstərəcəyini bildirib.
Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç və Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov ticarət və investisiyalar, o cümlədən nəqliyyat və alternativ enerji sahələrində iki ölkə arasında istifadə edilməmiş potensialın mövcudluğunu qeyd ediblər. Bildirilib ki, keçiriləcək Hökumətlərarası Komissiyanın 3-cü iclası iqtisadi əməkdaşlığın möhkəmlənməsinə böyük töhfə verəcək.
Qeyd edək ki, tədbirdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətini sədri Orxan Məmmədov və Xorvatiya İqtisadiyyat Palatasının Biznesin Beynəlmiləlləşməsi Mərkəzinin direktoru Silva Stipiç Kobal ölkələrin biznes və investisiya potensialı, eləcə də mümkün perspektivli əməkdaşlıq istiqamətləri haqqında danışıb, fikir mübadiləsi aparıblar.
Forum B2B formatda görüşlərlə davam edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay