BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
43771

Hər bir şirkətin və ya biznesin ən mühüm məqsədlərindən biri, fəaliyyət sahəsini genişləndirmək və böyüməkdir. İri biznes sahələri ilə müqayisədə kiçik və orta ölçülü biznes sahələrinin inkişafı daha çətin olur. Qurulduğu gündən etibarən məhdud büdcə ilə fəaliyyət göstərən və az sayda işçisi olan şirkətlər orta və uzunmüddətli perspektivdə böyümək üçün müəyyən strategiyalar müəyyənləşdirməlidir. Bu çətin və uzun prosesdə bəzi üsulları tətbiq etməklə böyümə prosesini sürətləndirmək mümkündür.

1. Strategiya və hədəflərinizi müəyyənləşdirin

Şirkətlər qurulduğu gündən müəyyən strategiya və hədəflərə bağlı bir şəkildə hərəkət etməlidir. Qısa və ya uzun müddətli hədəflər təyin etmək üçün şirkətin cari aktivlərini, resurslarını və inkişafını təhlil etmək vacibdir. Strategiyaları təyin edərkən, təcrübə, kadr hazırlığı, qazanc və vaxt kimi amillərdən hansı birinə üstünlük verməli olduğunuzu bilməlisiniz. Bu məqamda dövrün şərtlərini, şirkətin uzunmüddətli hədəflərini və müştəri miqyasını nəzərə almaq faydalı olardı.

Hər strategiya hər şirkət üçün uyğun deyil. Buna görə də, şirkətin mövcud vəziyyətinə uyğun bir neçə ideya ilə başlamaq düzgün olardı. Daha sonra strategiyanıza uyğun biznes plan yarada, gəlir və xərclərə limit təyin edə bilərsiniz. Bu meyarlara mütəmadi olaraq riayət etmək uzunmüddətli perspektivdə şirkətin böyüməsini təmin edir. Böyümə zamanı isə müəyyən edilmiş strategiyaların nəzərdən keçirilməsi və dəyişdirilməsi inkişafda çevikliyi təmin etmək üçün çox vacibdir. Kommersiya məqsədi ilə qurulan şirkətlərin ən mühüm məqsədi qazanc əldə etməkdir. Bu mənada hədəflərin təyin olunması da, şirkətin böyüməsi və qazanc əldə etməsi üçün strategiyalar qədər vacibdir. Mənfəət və satış üçün həftəlik, aylıq və ya illik hədəflər təyin etmək bunun ən asan yollarından biridir. Müəyyən etdiyiniz müddət ərzində hədəflərinizə nə qədər yaxın olduğunuzu mütəmadi olaraq təhlil etməlisiniz.

2. Hədəf kütlənizi müəyyən edin

Şirkətinizin və ya kiçik biznesinizin kimə müraciət etdiyini bilmək vacibdir. Xüsusilə çox populyar və yüksək potensiala malik bazarda hədəf kütləsi kifayət qədər böyük olacaq. Hədəfinizdəki kütləyə çatmaq üçün isə onlar haqqında yaxşı analizlər aparmalısnız.
İstehlakçıların tələblərini, gözləntilərini və ehtiyaclarını anlayaraq düzgün məhsul və xidmətləri təklif etmək son dərəcə vacibdir. Böyümə prosesi zamanı hədəf auditoriyanın tələb və ehtiyaclarının daim dəyişəcəyini nəzərə almaq da faydalıdır.
Şirkətlər və ya müəssisələr üçün yeni müştərilər qazanmaq, mövcud hədəf auditoriyasını saxlamaq qədər vacibdir. Bunun üçün mövcud müştəriləri istifadə edə bilərsiniz. Mövcud müştərilər məhsul və ya xidmətləriniz üçün yaxşı və əvəzolunmaz istinaddır.

3. Büdcənizi düzgün analiz edin

Xüsusilə məhdud büdcələrlə fəaliyyətə başlayan kiçik və orta şirkətlərin böyümə mərhələsində müəyyən maliyyə qaynaqlarına ehtiyac duyma ehtimalları yüksəkdir. Bunun üçün investorlarla görüşmək, qrant və kreditlərdən yararlanmaq faydalı yollardan biridir.
Bəzi hallarda şirkətlər böyümə planlarını həyata keçirərkən büdcələrini artırmaq üçün mənbə tapa bilmirlər. Bu neqativ halın qarşısını almaq üçün şirkətin yaradılmasından etibarən ehtiyat tədbirləri görmək lazımdır. Böyümə strategiyaları müəyyən edilərkən büdcənin də nəzərə alınması vacib ünsürlardan biridir.
Böyümə prosesində uğur qazandıracaq əsas məqamlardan biri də şirkət xərclərinin azaldılmasıdır. Bunun üçün səmərəli olmayan və qazanc gətirməyən məhsul və ya xidmətləri aradan qaldıra bilərsiniz. Yeni və ucuz marketinq strategiyasının müəyyən edilməsi də faydalı təkliflər arasındadır.
Xərcləri azaldarkən nəzərə alınmalı vacib məqam müştəri və işçi məmnuniyyətidir. Mövcud müştərilərin narazılığına və ya işçilərin motivasiya və həvəsini itirməsinə səbəb olacaq büdcə məhdudiyyətindən qaçmalısınız.

4. Nəticələri təhlil edin

Qısa müddətdə biznes və ya şirkətinizi böyütməyin ən asan yollarından biri də alınan nəticələrin statistik məlumatlarını nəzarətdə saxlamaqdır. Hesabatlar və statistik məlumatlar strategiyaların nə dərəcədə yaxşı həyata keçirildiyini və hədəflərinizin nə qədər yaxın olduğu barədə ən dəqiq məlumatları təqdim edir. Beləliklə, həm böyümə prosesini, həm də nəticələri asanlıqla təhlil etmək imkanınız var.
Hesabatlar və məlumatlar sayəsində şirkətlər mövcud vəziyyəti görə və əvvəlki dövrlərlə müqayisələr apara bilirlər. Eyni zamanda, statistik məlumatlar sayəsində gələcək artım planlarında lazımi dəyişiklikləri vaxtında etmək mümkündür.

5. Rəqəmsal marketinq və reklamlardan yararlanın

Məhsul və ya göstərəcəyiniz xidmət nə qədər keyfiyyətli olursa olsun, hədəf auditoriyanıza çata bilməsəniz, böyümək sizin üçün çətin olacaq. Bu gün rəqabətin artdığını nəzərə alsaq, həm ucuz, həm də sürətli marketinq üsullarına müraciət zərurəti ön plana çıxır.
Doğru üsullarla planlaşdırılan reklamlar marketinq sahəsində çox faydalı vasitədir. Bununla belə, kiçik miqyaslı şirkətlərin və müəssisələrin reklam üçün ayıra biləcəyi büdcə kifayət qədər məhdud ola bilir. Bu halda sosial media tətbiqləri rəqəmsal marketinq üçün uyğun platforma rolunu oynayır.
Hazırda rəqəmsal marketinq strategiyalarına yalnız kiçik və orta bizneslər deyil, böyük şirkətlər də üstünlük verir. Bu gün onlayn platformalarda hazırlanan reklamlar hədəf kütlənizə çatmağı və məhsul və ya xidmətinizi tanıtmağı çox asanlaşdırır.

Rəhim
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin