BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7677
  • RUB
    1.6998
  • TRY
    0.0482
  • GBP
    2.1315
42394

Biznes adamları bir çox sahələrdə özlərini sınamağa çalışırlar. Bu sahələrdən biri də göbələk təsərrüfatıdır. Göbələk təsərrüfatında özlərini sınamaq işləyən şəxslər nələri bilməli olduğları, xərcləri, gəlirləri və başqa məsələlər ilə bağlı Natiq Xudaverdili ilə danışdıq.

Valyuta.az xəbər verir ki, Göygöl rayonunun Üçtəpə kənd sakini Natiq Xudaverdili 2022-ci ildən “Veşenka” göbələk növünün istehsalına başlayıb. “Veşenka” göbələyinin yetişdirilməsində saman, kəpək və günəbaxan tumlarından istifadə olunur. Məhsul 25 günə yetişir, yetişdikdən sonra qablaşdırılaraq satışı həyata keçirilir.


N.Xudaverdili bildirib ki, göbələkxana qurmaq istəyən şəxslər ilk növbədə onu bilməlidir ki, bu, o qədər də asan iş deyil. Burada böyük zəhmət, disiplin, ən vacib də gigiyena şəraitlərinə riayət etmək lazımdır:

“Bu işlə məşğul olmaq istəyən şəxslərin göbələk yetişdirməklə bağlı anlayışı varsa, özü bu məhsulu lazım olan kimi yetişdirə bilər. Anlayışı olmayan şəxslər mütəxəssisə müraciət etməlidir, çünki göbələk elə bir məhsuldur ki, orada bütün parametrlərə ciddi nəzarət etmək lazımdır”.

“İlk olaraq Qida Təhlükəsizliyi Agentliyindən sertifikat alınmalıdır. İstehsalçının məhsulu mağazalara satması üçün identifikasiya nömrələri, etiketlər, VÖEN açılması, işçilərin vergidən qeydiyyatdan keçirilməsi, Respublika Gigiyeva və Epidemiologiya Mərkəzindən sənəd alınmalıdır. Bu sahə elədir ki, qida təhlükəsizliyi ilə işləyirsən. Çünki, göbələyin təhlükəsiz olması üçün hər ay onu laboratoriyadan keçirmək lazımdır” – deyə sahibkar bu biznesi qurmaq istəyən şəxslərin keçəcəyi prosesləri izah edib.

Hər sahədə risklərin olduğu kimi, bu sahədə də müəyyən risklərin olduğunu qeyd edib: 

“Bu işin bizdən asılı olmayan riskləri var. Məsələn, təbiət hadisələri risk yarada bilir. Sahibkarın məsuliyyətsizliyi, vaxtında qulluq olunmaması, mütəxəssisə müraciət edilməməsi və s. digər amillər də risk yaradır. Göbələk elə bitkidir ki, onu düzgün yetişdirməyən zaman lazım olan məhsulu vermir. Bu da təsərrüfatın iflasa uğramasına gətirib çıxara bilər” – deyə əlavə edib.

Bu təsərrüfatın xərclərindən danışarkən, ən çox xərc aparan avadanlıqların və avtomatlaşdırmanın olmasını vurğulayıb:

“Gübrəxana tam avtomatlaşmış formada işləməlidir. Bu avadanlıqlar çoxdur, onları saymaqla bitməz. Məsələn, saman üyüdən, ventilyator, su nasosları, filterlər və s. kimi avadanlıqlar çox xərc tələb edir”.

Bu təsərrüfatı qurmaq üçün lazım olan sərmayədən və əldə olunan gəlirdən danışan sahibkar qeyd edib ki, əslində bu suala tam dəqiq cavab vermək doğru olmaz:

“Bu təsərrüfat müəyyən miqdarda sərmaya tələb edir, amma onu da qeyd etmək lazımdır ki, bu sahə heç də ucuz başa gələn iş deyil. Çünki bu, təsərrüfatı qurmaq üçün lazım olan sərmayə onun həcmindən asılıdır. Amma nümunə olaraq deyə bilərəm ki, 100 kvadrat metrlik bir ərazidə göbələkxana qurmaq üçün təxminən 15-20 min arasında sərmayə lazımdır. Təbii ki, bu binanın qurulmasından asılı olaraq dəyişə bilər. Həmin bu ərazidən ay ərzində 1000-1500 manat gəlir əldə etmək olar”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

DSX-nın 900 minlik tenderi niyə ləğv edilib?

Böyük şirkətlər qaçır... - Sinqapur birjası cəlbediciliyini itirir?

Ölüm tarixini proqnozlaşdıran süni intellekt yaradıldı

Dövlət qurumu ilə şirkət arasında cərimə qalmaqalı

Yer nə vaxt yaşayış üçün yararsız olacaq? - İlon Mask açıqladı

"Apple"ın dəyəri 4 trilyon dollara yaxınlaşdı

Dolların dünya ehtiyatlarında payı son 30 ildə minimuma düşdü

"Xanni-2017" məhkəmə qarşısında

"Forbes"in siyahısında yer alan milyarder uğurun sirrini açıqladı

Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı

Naxçıvanın Təcili Tibbi Yardım Xidməti 980 minlik cihaz alır

Yapon şirkəti qlobal ticarət müharibəsinə hazırlaşır

Yapon şirkəti qlobal ticarət müharibəsinə hazırlaşır

Bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Azərbaycan çempionatında bazar dəyəri yüksək olan futbolçular açıqlanıb

2024-cü ildə baş verən təyyarə qəzaları

"Yük Taksisi.Az" böyük məbləğdə cərimələnə bilər

Nazir Rəşad Nəbiyev: Qalıqlar və şahid ifadələri deməyə əsas verir ki, təyyarəyə kənar müdaxilə olub

AZAL: Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb

2025-ci ildə dövlət büdcəsindən ayrılacaq subsidiyalar - TOP 5

25 BOKT nizamnamə kapitalı ilə bağlı yeni tələblərə cavab vermir

Rüşvətlə plastik cərrahiyyəyə icazə verən şəxslər həbs edildi

Rusiyadan AZAL-ın təyyarə qəzası ilə bağlı etiraf

Rusiyadan AZAL-ın təyyarə qəzası ilə bağlı etiraf

AZAL Rusiyanın 10 şəhərinə uçuşları dayandırır

“Azərbaycan Sənaye Korporasiyası” ləğv edildi

Vergilər Məcəlləsinə edilən son dəyişikliklər...

Prezident süni torpaq sahələri ilə bağlı bəzi qanunlarda dəyişiklikləri təsdiqləyib

Azərbaycan təyyarə qəzasının araşdırılması üçün Türkiyə mütəxəssislərini cəlb edib

Məmura cərimə yazıldı

Bu şəxslər üçün vergi güzəştləri gələn ildən qüvvəyə minəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin