Qadınların uğurlu ola biləcəyi bizneslər fərqlidir? – Biznes konsultant şərhi
Dünyada qadınlar da kişilər kimi bütün biznes sahələrində uğurlu ola bilir. Lakin Azərbaycanda hansısa qadın biznes qurmaq istəyəndə, daha çox məsləhət görülən gözəllik salonu, kosmetoloji məhsullar satılan mağazalar, qadın geyimi, aksesuarları və s. olur. “Bu sahədə daha uğurlu olarsan” deyə fikirlər bildirilir.
Bu yanaşmalar nə dərəcədə doğrudur? Biznesin uğurlu olmasında təsisçinin qadın, yoxsa kişi olmasının fərqi var?
Valyuta.az-a danışan biznes konsultant Pərviz Əzimov bildirdi ki, qadınların gözəllik salonu, kosmetologiya kimi sahələrdə uğurlu ola biləcəyi ilə bağlı yanaşma Azərbaycanda var, dünyada isə bunun əksini sübut edən kifayət qədər nümunələr mövcuddur: “Hansı biznesdə qadınlar, hansı biznesdə kişilər uğurlu olacaq deyə ayırım etmək düzgün olmaz. Məsələn, bu gün Türkiyənin ən böyük bizneslərindən olan “Trendyol”un qurucusu qadındır. “Trendyol” isə çox böyük bir biznesdir. Bu nümunələr dünyada əks-arqumentini sübut edib ki, qadın və kişi fərqi olmadan hər iki tərəf uğurlu ola bilər”.
Konsultant Azərbaycanda bu düşüncənin formalaşma səbəblərindən də danışdı: “Azərbaycanda xanımlar universitetə daxil olan zaman onları daha çox ibtidai sinif müəllimliyinə yönləndirirlər. Sonra da onlardan biznes qurmağını istəyirlər. Amma onları iqtisadiyyata yönləndirməsək, onlar biznes sektorunda olmayacaqlar. Cəmiyyət insanı necə formalaşdırırsa, gələcəyi də ondan asılı olur. Bugünkü reallıq budur ki, Azərbaycanda gözəllik salonu kimi bizneslərdə xanımları daha çox görürürl. Amma bu, qadınların fiziologiyasından, anatomiyasından asılı olan məsələ deyil, sadəcə olaraq cəmiyyət bu formada yönləndirib.
Cəmiyyət sabah başqa cür yönləndirmə edə bilsə, qadınlar başqa sahələrdə də uğurlu ola bilərlər”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay