Rəhbərlərin qohumlarını işə götürməyə üstünlük verməsi işə necə təsir edir?
Bir çox şirkətlərdə rəhbər şəxsin qohumlarının işləməsinə rast gəlmək mümkündür. Lakin qohumların şirkətlərdə çalışmasına yanaşma heç də birmənalı deyil. Kollektivin bundan narazılıqlarını çox eşidirik. Burada yanaşma necə olmalıdır? Rəhbərlərin qohumları işə götürməsi problemə yol aça bilərmi?
Valyuta.az-a bu barədə məlumat verən "SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant Anar Bayramov bildirib ki, qohumun şirkətdə işləməsi problem deyil, əsas odur ki, burada kriteriya qohumluq olmasın:
“Müxtəlif motivlərlə şirkətlərdə qohumlar çalışır və bu, bizim biznesmenlərdə daha çoxdur. Birbaşa baxarkən problemli tərəfi yoxdur, bu, Avropada da geniş yayılmış praktikadır. Məsələn, ailə şirkətləri, sahibkarın qohumlarını işə götürməsi və s. hallar var. Amma kriteriya kimi şirkət işə qəbul zamanı qohumlara üstünlük verirsə, o zaman şirkətdəki ab-hava pozulur və şirkətin işəgötürmə ədaləti sisteminə xələl gətirən bir məsələdir. Burada kriteriya kimi qohumlara üstünlük verilməsində sıxıntı ola bilər, amma qohumun şirkətdə işləməsi hansısa hallarda ola bilər”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay