İşğaldan azad olunmuş ərazilərdə sahibkarlıq subyektləri üçün geniş imkanlar var - Ekspert
İşğaldan azad olunmuş ərazilərdə müxtəlif sahibkarlıq subyektlərinin fəaliyyəti üçün müəyyən güzəştlər nəzərdə tutulub. Bu ərazilərdə hansı sahibkarlıq formaları üçün daha geniş imkanlar var?
Bu barədə Valyuta.az-a danışan danışan iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, ilkin olaraq işğaldan azad olunmuş ərazilərdə infrastuktur qurulmalı, yol-nəqliyyat sferası normal şəkildə mövcud olmalı, kommunikasiya məsələləri həll edilməli, həmin ərazilərdə məskunlaşmaq öz həllini tapmalıdır və s.
“Bu sahədə dövlət tərəfindən 2021-ci ilin dekabrından bəri müvafiq işlər görür. İndiyə qədər həmin ərazilərdə görülən işlərə 7 milyarddan çox vəsait ayrılıb. Bu, heç bir dövlətin, ölkənin və ya beynəlxalq qurumların yardımı ilə deyil, bilavasitə dövlət hesabına həyata keçirilir. Dövlət başçısı həmin ərazilərdə olarkən dəfələrlə çıxışlarında bildirib ki, bu işlərə özəl sektor da cəlb olunsun və onlar üçün dövlət səviyyəsində müvafiq güzəştlər də tətbiq edilir. Həmin ərazilərdə müvafiq infrastruktur işləri, məskunlaşma prosesi və yaşayış tam bərpa olunandan sonra orada iş qurmaq istəyən sahibkarların seçimi öz istəklərindən asılı olacaq. İşğaldan azad olunmuş ərazilərdə sahibkarlıq subyektləri üçün geniş imkanlar var. Kənd təsərrüfatı üçün müxtəlif imkanlar var, turzimin inkişafı üçün geniş imkanlar var, sənaye müəsissələrinin yaradılması üçün geniş imkanlar var, tikinti materialları istehsalı üçün xammal bazası mövcuddur”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay