Azərbaycanın dərman bazarında yerli istehsal hesabına 15% ucuzlaşma ola bilər
Bu gün Pirallahı Sənaye Parkında təməli qoyulmuş “Gen Pharma Caucasus Manufacturing Operations” şirkətinin dərman vasitələrinin istehsalı zavodunun işə düşməsi ilə dərman qiymətlərində 15 % ucuzlaşma gözlənilir.
Valyuta.az xəbər verir ki, bunu şirkətin rəhbəri Abidin Gülmüş bildirib.
"Azərbaycanın dərman bazarı hər il 10 % böyüyür. İcbari tibbi sığortanın tətbiqindən sonra insanların müxtəlif adda dərman əldə etməsi asanlaşıb", - deyə o qeyd edib.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı isə deyib ki, bu müəssisənin yaradılması iqtisadiyyatın digər sahələr üçün nümunə olacaq.
"Zavodun "Azərbaycan İnvestisiya Şirkəti" (AİŞ) ASC ilə əməkdaşlıq nəticəsində yaradılması əhəmiyyətli və dəyərlidir. Türkiyəli investorların AİŞ-lə birgə görüşlərini təşkil edirik, onlara Azərbaycana investisiya yatırmağı tövsiyə edirik", - deyə o qeyd edib.
Xatırladaq ki, AİŞ “Gen Pharma Caucasus Manufacturing Operations”da 29 % paya sahibdir.
© Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay