BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
35467

“Rəhbərlər əməkdaşlarının işlərini sevərək, istəklə görmələrini gözləyirlər. Bu səbəbdən işdən  vaxtında çıxan işçiləri işinə həvəssiz və ya laqeyd olaraq qəbul edə bilirlər”.

Bunu İnsan Resursları üzə menecer Aytən Şıxaliyeva Valyuta.az-a dedi. 

Eləcə də bax: İş müsahibələrində maaş gözləntimizi deyəkmi?

Adətən, iş saatı 09:00-da başlayıb, 18:00-da bitir. İş yerlərinə görə bu saat dəyişə bilər. Ümumilikdə, əksər rəhbərlər iş saatı bitən kimi çıxan işçiləri sevmirlər. Mütəxəssis deyir ki, belə rəhbərlər iş saatından artıq işləyən işçilərin məsuliyyətli olduğunu düşünürlər: “Bu davranış və düşüncə tərzini bütün rəhbərlərə aid etmək doğru deyil. Daha çox rəhbərlərin özlərinin də iş saatlarından əlavə çalışdığı şirkətlərdə eyni yanaşmanı tətbiq etdiyi görülür. Həmin rəhbərlər iş saatlarından çox işləyən işçilərin şirkətə bağlılıqlarının daha çox olduğunu, daha məsuliyyətli və işlərini daha çox sevdiyini düşünürlər”.

Aytən xanımın sözlərinə görə, iş saatı bitən kimi işdən çıxan işçilər bəzi rəhbərlərdə laqeyd təəssüratı yaradır. Xüsusilə komandaya və ya işə yetərli töhfə vermədiyi hesab edilən işçilərin işin bitmə vaxtında işdən çıxması da bəzi hallarda rəhbərin xoşuna gəlmir: “Fədakarlıq edib öz istirahət vaxtını işə sərf edən işçiləri daha çalışqan, şirkətə qarşı sədaqətli və bağlılığı yüksək qiymətləndirən rəhbərlər vaxtında işdən çıxan işçilərə qarşı bunun tam tərsini düşünə bilər”.
Mütəxəssis, bu yanaşmanın doğru olmadığını deyir: “Lakin bu yanaşma doğru deyil. Vaxtın və işin düzgün planlanması, iş yükünün işçilər üzrə doğru bölünməsi, bir sözlə, sistemli idarəetmənin tətbiqi məhsuldar və məmnun iş mühiti formalaşdırır”.

Eləcə də bax: Hansı işçilər məzuniyyətə çıxmaq istəmirlər?

A.Şıxaliyeva bildirir ki, hər dəfə iş saatından artıq işləmək işçilərin məhsuldarlığının aşağı düşməsinə də səbəb ola bilər: “Davamlı olaraq günlük iş normasından əlavə çalışmaq işçilərin həyat və iş balansının pozulmasına səbəb olur. Bu, ailə münasibətlərinə, hobbi, istirahət və şəxsi inkişaf kimi sahələrinə də problemlər yarada bilər. İşçilərin sağlamlığına, iş məmnuniyyətinə, motivasiyasına neqativ təsir edir və bu da birbaşa məhsuldarlığı aşağı salır. Yorğun işçi daha çox səhv edir, zehni tükənmişlik yaradıcı düşüncəyə mane ola bilər. İş-həyat balansının və işçilərin sağlamlığının qorunması uzunmüddətli perspektivdə daha davamlı korporativ iş mədəniyyətinin yaradılmasının vacib hissəsidir”.

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Müştəriləri itirmədən qiymət artımının 10 qaydası - SƏHƏR OXUSU

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Bitkoin"in 100.000 dollara çatmamış dayanan rallisi - "Cantor" müzakirələri

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin