“Vəzifəyə təyin edilən kimi işçiləri dəyişmək doğru yanaşma deyil”
“Yeni rəhbər vəzifəyə təyin edilən kimi dəyişiklik etmək” – doğru yanaşma deyil”.
Bu sözləri Valyuta.az-a açıqlamasında idarəetmə üzrə türkiyəli təlimçi Ahmet Kandemir söylədi.
A.Kandemir deyir ki, yeni bir şirkətdə işə başlamış və ya öz şirkətinizdə rəhbər vəzifəyə təyin olmusunuzsa, tez bir zamanda strukturu dəyişməyə, işçilərə müdaxilə etməyə, özünüzə yeni komanda qurmağa çalışmayın: “Yeni vəzifəyə təyin olunan rəhbər bir şəxs müəyyən müddət, ən az bir ay, bir ay yarım işçilərə müdaxilə etməli deyil. Onları kənardan, ancaq bir o qədər də yaxından izləməlidir. İşçilərin tapşırıqları necə icra etmələri, nəticələri, digər işçilərlə, departamentlərlə olan münasibətləri, iş etikasına olan bağlılıqları və s. bunları yaxından analiz edib öyrənmək lazımdır. Sonra işçilərin işləyib-işləməməsi, öz kadrlarını gətirib-gətirməməsi ilə bağlı qərar verməyi düşünməlidir. Bizdə isə çox hallarda yeni rəhbər vəzifəyə gələn kimi, öz kadrlarını gətirir, müəyyən dəyişikliklər aparır. Bunlar şirkətin gedişatına təsir edəcək qədər böyük səhvlərdir”.
Qarakişi Vəlizadə
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay