BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7609
  • RUB
    1.6425
  • TRY
    0.0483
  • GBP
    2.1219
61879

ABŞ seçkilərindən əvvəl ili itki ilə başa vurmağa yaxın olan "Tesla", seçkilərdən sonra yaşadığı sürətli artımla ilin ən yaxşı performans göstərən səhmləri arasında yer aldı.

Valyuta.Az xəbər verir ki, ABŞ prezident seçkilərindən əvvəl "Tesla"nın səhmləri il ərzində 2,3% dəyər itirmişdi. Seçki günündən sonra isə səhmlər 73% artım göstərib və 2024-cü il üçün də artım faizi 69%-ə çatıb. İki aydan az bir müddət ərzində elektrik avtomobili istehsalçısı, şirkət haqqında əsaslı heç bir dəyişiklik baş verməməsinə baxmayaraq, bazar dəyərinə 572 milyard dollar əlavə edərək təxminən 1,4 trilyon dollarlıq bir şirkətə çevrildi.

Bu rallidə "Tesla"nın rəhbəri İlon Maskın (Elon Musk) yaxın dostu Donald Trampın (Donald Trump) yenidən prezident seçilməsi mühüm rol oynadı.

Avtomobillərə olan tələbin hələ də stabilləşmədiyi və gələcəyin daha da qeyri-müəyyən göründüyü şirkətdə bundan başqa ciddi bir dəyişiklik baş vermədi.

Sərmayədarlar "Tesla"nın rəhbəri İlon Maskın seçki kampaniyasında yeni seçilmiş prezident Donald Trampı fəal şəkildə dəstəkləməsini və onun rəhbərliyi dövründə qeyri-rəsmi bir rol üstlənməsini siyasi bir ustalıq olaraq qiymətləndirirlər.

"Interactive Brokers"in baş strateqi Stiv Sosnik (Steve Sosnick) bu barədə belə bir şərh edib: “Maskın yeni rəhbərliklə sıx əlaqədə olması faktına necə bir dəyər biçmək olar? Bu, demək olar ki, istənilən bir rəqəmlə ifadə edilə bilər.”

"Evercore ISI"nin analitiki Kris MakNellinim (Chris McNally) fikrincə, "Tesla"nın bazar dəyərinin 500-600 milyard dolları elektrik avtomobilləri və enerji biznesinə əsaslanır, qalan hissəsi isə sürücüsüz avtomobillər və humanoid robotlar kimi "gələcək layihələrə" aid edilir.

"DataTrek Research"ün qurucularından Nikolas Kolasın (Nicholas Colas) hesablamaları da göstərir ki, "Tesla"nın səhmlərinin qiymətinin 90%-dən çoxu şirkətin gələcəkdə nələr edə biləcəyinə bağlıdır.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Binance”ın baş icraçı direktoru: “2025-ci ildə daha çox inkişaf proqnozlaşdırırıq”

"BNP Paribas" AXA-nın aktivlərin idarə edilməsi biznesini 5,1 milyard avroya aldı

"Varvara Balıq" cərimələnə bilər

Naxçıvanın yolları ilə bağlı 25 milyonluq tender elan edildi

“Əgər alıcının arzuları cibindən böyükdürsə..." - Warren Buffettin sərmayə strategiyası

"ABA Logistics" məhkəməyə verilib

Veysəloğlu Şirkətlər Qrupu “V-FEST 2024” adlı 30 illik yubiley və Yeni il tədbirini keçirdi (FOTOLAR)

DGK bu şirkəti inzibati məsuliyyətə cəlb etdi

Səhiyyə Nazirliyində əməliyyat keçirilir - Saxlanılanlar var

"Starbucks" işçilərinin böyüyən tətilləri - "Reuters"

"Starbucks" işçilərinin böyüyən tətilləri - "Reuters"

"Tesla"nın 572 milyard dollarlıq "Tramp rallisi"

"X"in abunəlik qiymətlərindəki rekord artım: Bazarlara təsiri

Prezident qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı Sərəncam imzaladı

Prezident qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı Sərəncam imzaladı

ABŞ-da dövlət 1 milyon nəfərə 1400 dollar verəcək: Səbəb nədir?

"Şəfa Ocağı TM" məhkəmə qarşısında

Ölkədə tibbi turizmi necə inkişaf etdirmək olar?

Bakı Baş Səhiyyə Mərkəzi 1 milyonluq avadanlıq alır

Bank ölən şəxsin borcunu yaxınlarından tələb edir - Əhali niyə kreditlərini sığortalamır?

Yeni 3 qəpiklərin maya dəyəri 8 qəpiyə yaxındır

Qaz limiti nə vaxt sıfırlanacaq? - Rəsmi AÇIQLAMA

“Azərbaycan Biznesinin İnkişafı Fondunun Nizamnaməsi” təsdiq edilib

Minimum əməkhaqqı və pensiya artırıldı - SƏRƏNCAM

Minimum əməkhaqqı və pensiya artırıldı - SƏRƏNCAM

“PAŞA Sığorta”nın şikayət indeksi durmadan artır - RƏQƏMLƏR

“PAŞA Sığorta”nın şikayət indeksi durmadan artır - RƏQƏMLƏR

Rusiyaya getmək istəyənlərin nəzərinə - Yeni qaydalar qüvvəyə minəcək

“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb®

Gəncə İnnovasiya Mərkəzinin açılacağı vaxt məlum olub

Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib

Maliyyə bazarında faizlər niyə artır?

“Aqrarkredit” BOKT-un əmlakları satışa çıxarılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin