"Tesla" hesabatını açıqladı, səhmləri bahalaşdı
"Tesla" 2023-cü ilin üçüncü rübündə ən böyük mənfəətini açıqladı.
Valyuta.AZ-ın verdiyi xəbərə görə, şirkətin düzəldilmiş xalis mənfəəti 2,5 milyard dollar olub, bu isə ötən illə müqayisədə 8% artış deməkdir. Proqnozlar isə 2,1 milyard dollar idi. Şirkətin səhmləri 12% artaraq, bazar dəyərini 80 milyard dollar artırıb.
Bu uğurda "Cybertruck"-ın satışları və gələcək üçün İlon Maskın verdiyi vədlər də mühüm rol oynayıb.
Mask 2026-cı ildə xüsusi Cybercab robotaksisinin kütləvi istehsalına başlanacağını və şirkətin ən azı 2 milyon ədəd istehsal etməyi, bəlkə də gələcəkdə bu rəqəmi 4 milyona çatdırmağı hədəflədiyini bildirib.
Mask bildirib ki, Tesla gələn il təchizatları 20-30% artırmağı və Texasda yeni sürüş xidmətini işə salmağı planlaşdırır.
Tesla-nın avtomobil marjası 17,1%-ə çatıb, əvvəlki rübdə bu rəqəm 14,6% idi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay