Dow Jones və S&P 500 tarixi maksimumu yeniləyib
Ameirkanın Dow Jones və S&P 500 indeksləri tarixi maksimumu yeniləyib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir. Cümə axşamı, oktyabrın 10-u Bakı vaxtı ilə saat 9:05-də S&P indeksi 0.01% itirərək 5840.75 bənd səviyyəsinə düşüb.
Çərşənbə günü dərc edilən Federal Ehtiyatlar Sisteminin (FED) sentyabr iclasının protokolu Amerika Mərkəzi Bankının rəhbərlərinin faiz dərəcəsini aşağı salmağa tələsməyəcəklərinə işarə edib.
Bununla yanaşı, texnologiya şirkətlərinin səhmləri artıb: “International Business Machines” – 2.5%, “Microsoft Corp.” – 0.7%, “Intel Corp.” – 0.6%, “Apple Inc.” – 1.7% bahalaşıb.
“Dow Jones” indeksi çərşənbə günü 431.63 bənd (1.03%) artaraq 42 512 bənd təşkil edib. “Nasdaq Composite” isə gün ərzində 108.7 bənd (0.6%) artaraq sessiyanı 18 291.62 bəndlə başa vurub.
© Banker.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay