Məşhur kriptovalyuta birjası ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasına qarşı iddia qaldırıb
Kriptovalyuta sənayesinin əsas birjalarından biri olan “Crypto.com” ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) qarşı iddia qaldırdığını açıqlayıb.
Valyuta.az-ın məlumatına görə, şirkət bu addımı ABŞ kripto sənayesinin gələcəyini qorumaq üçün atdığını bildirib.
Açıqlamada, SEC-in öz səlahiyyətlərini aşaraq kripto aktivlərinin tənzimlənməsi ilə bağlı səhv və ədalətsiz bir yol tutduğu vurğulanıb.
“Crypto.com” SEC-in bütün kripto aktivlərini qiymətli kağızlar kimi tətbiq etmə yanaşmasını tənqid etsə də, “Bitcoin” (BTC) və “Ethereum” (ETH) əməliyyatlarının niyə bu kateqoriyadan azad edildiyinə diqqət çəkib. Şirkət SEC-in bu özbaşına qərarlarının hüquqi proseslər çərçivəsində ictimaiyyətə açıqlanmadan qəbul edildiyini bildirib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay