Maskın çıxışından sonra “Trump Media”nın səhmləri bahalaşdı
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa məxsus “Tramp Media”nın səhmləri “Nasdaq”da “X”in sahibi İlon Maskın siyasətçiyə dəstək mitinqində çıxışından sonra təxminən 15% bahalaşıb.
Valyuta.az xəbər verir ki, “Trump Media & Technology Group Corp.”un bir səhminin qiyməti 17,04-dən 19,6 dollara yüksəlib.
Daha sonra kotirovkalara düzəlişlər edilib. Hazırda bir səhmin qiyməti 18,15 dollar təşkil edir.
Qeyd edək ki, bazar günü İlon Mask tərəfdarları qarşısında çıxış edərək onu dəstəkləmək üçün Pensilvaniya ştatının Batler şəhərində keçirilən mitinqdə Trampla birlikdə səhnəyə çıxıb.
Mitinq iyulun 13-də Trampın sui-qəsdə məruz qaldığı mitinqlə eyni yerdə baş tutub.
Həmin mitinqdən sonra Mask ilk dəfə olaraq Trampı açıq şəkildə dəstəklədiyini bəyan edib.
© Yeniavaz.com
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay