Bakı Fond Birjasından Azərbaycanda kriptovalyuta bazarının inkişafı barədə AÇIQLAMA
Bakı Fond Birjası (BFB) QSC Azərbaycanda kriptovalyuta bazarının inkişafı ilə bağlı fikirlərini bildirib.
Valyuta.az-ın xəbərinə görə, bu barədə Bakı Fond Birjası (BFB) QSC-nin idarə heyətinin sədri Ruslan Xəlilov Bakı Fond Birjasının rebrendinqinə həsr olunmuş mətbuat konfransında çıxış edərkən məlumat verib.
O, belə bir bazarın daha dinamik ikinci fond bazarının inkişafı ilə mümkün olacağını ifadə edib.
"Hazırda kriptovalyuta bazarı ilə bağlı heç bir plan yoxdur, bu, yaxın perspektiv deyil", - Xəlilov qeyd edib.
O, Azərbaycanda rəqəmsal məhsullara birbaşa keçidin, belə məhsulların bazarının dərinləşmədən həyata keçirilməsinin çətin olduğunu düşünür.
"Bu baxımdan, təlim proqramlarının və rəqəmsal transformasiya proqramlarının başa çatdırılması zəruridir", - Xəlilov əlavə edib.
Onun fikrincə, ölkədə Mərkəzi Bank tərəfindən müəyyən mərhələdə müvafiq qanunvericilik hazırlanacaq və yalnız bundan sonra bazar reaksiya verəcək.
© Trend
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay