“Bakı Fond Birjası”nın xalis zərəri 44 % artıb
“Bakı Fond Birjası” QSC (BFB) 2023-cü ili 368 min manat xalis zərərlə başa vurub.
Valyuta.az xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 43,8 % çoxdur.
Ötən il BFB-nin vergiyəqədərki zərəri 448 min manat (əvvəlki ilə nisbətən 2,3 dəfə çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 80 min manat (əvvəlki il vergi ödəyib) təşkil edib.
Bu il yanvarın 1-nə BFB-nin aktivləri 11,262 milyon manat olub ki, bu da illik müqayisədə 5,7 % azdır. Hesabat dövründə Birjanın öhdəlikləri 8,7 % azalaraq 1,308 milyon manata, balans kapitalı isə 5,2 % azalaraq 9,954 milyon manata düşüb.
Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,04 milyon manatdır. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 6 yerli bank (“Azərbaycan Sənaye Bankı” (ASB), “Bank of Baku”, "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", “Yapı Kredi Bank Azərbaycan” və ləğv prosesində olan "United Credit Bank" ASC-lər), 13 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunur.
© Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay