“Tesla” səhmləri 13% bahalaşıb
Amerikanın elektrik avtomobil istehsalçısı “Tesla”-nın səhmləri, şirkətin rəhbəri İlon Maskın Çinə səfərindən və “Baidu” ilə sövdələşmənin bağlanmasından sonra əsas birja ticarətinin açılışına qədər 13%-dən çox bahalaşıb. Həmin dövrdə “Tesla” səhmləri 13.4% bahalaşıb və 191.2$ təşkil edib.
“Baidu” ilə müqavilə Çində “Tesla Autopilot” (FSD) sisteminin tətbiqini nəzərdə tutur. “”Tesla” iki böyük maneəni dəf edə bildi: xəritəçəkmə və naviqasiya üçün Çin texnologiya nəhəngi “Baidu Inc.” ilə müqavilə bağlamaq və məlumatların təhlükəsizliyi və məxfilik tələblərini yerinə yetirmək” - ekspertlər bildirir.
Mask, Çində tam avtonom avtomobillər üçün proqram təminatının yerləşdirilməsini müzakirə etmək və avtonom sürücülük alqoritmlərini öyrətmək məqsədi ilə Çində toplanmış məlumatları xaricə ötürmək üçün icazə almaq səbəbi ilə Pekində Çinin Baş naziri Li Qiang ilə görüşüb. “Wall Street Journal”-ın məlumatına əsasən, Çin hakimiyyəti ölkədə FSD-nin işə salınması planını ilkin olaraq təsdiqləyib.
© investaz.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay