BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
46389

Birjada ticarət edən investorların səhv etmələri qədər təbii bir şey yoxdur. Hamının pul qazandığı, xoşbəxt olduğu mühit ancaq nağıllarda ola bilərdi. Xüsusilə, maliyyə bazarlarında təcrübəsi olmayan, lakin hələ də aktiv ticarət etməyə çalışan investorların gec-tez müəyyən səhvi etməsi qaçılmazdır. İnsanlar tez-tez mənfi təcrübələrindən öyrənməyə meyllidirlər. Təbii ki, investisiyaya gəlincə, bu mənfi təcrübələrin bir maliyyəti olacağını qəbul etmək lazımdır. 
Valyuta.az xəbər verir ki, investorların yatırım edən zaman etdiyi bəzi səbəblər var. Onlar aşağıdakılardır:

1. Məlumat toplamadan yatırım etmək

Səhmlərə investisiya etməzdən əvvəl həmin aktivin bütün aspektləri və onun arxasında duran şirkət araşdırılmalıdır. Bunu fundamental və texniki analizlə birləşdirmək daha yaxşı olardı. Maliyyə savadı olmadan sərmayə qoyan bir çox investor, təsadüfən pul qazansa belə, səhmlərini nə vaxt nağd pula çevirəcəklərini proqnozlaşdıra bilmir. O, bazarlarda trendin dəyişməsi ehtimalına qarşı həssas olaraq qalır. Bilik olmadan investisiya etmək çox vaxt pul itirir və birjada ticarət edən investorların ilk böyük səhvidir. İnvestisiya qərarlarını şayiələrə inanaraq deyil, öz araşdırmalarınız nəticəsində verməyiniz lazımdır.

2. Real olmayan gözləntilərə yatırım etmək

Birjalar tez və asanlıqla varlanmaq arzusunda olan insanlarla doludur. Qeyri-real gəlir gözləntiləri ilə hərəkət edən investorlar çox vaxt pul itirirlər. Təəssüf ki, sosial mediadan istifadə investorlar arasında bu qədər geniş yayıldıqdan sonra bazarlarda informasiya çirklənməsinin dozasının artdığını müşahidə edirik. Biz tez-tez şahidi oluruq ki, heç bir hüquqi məsuliyyəti olmayan şəxslər potensial investorları müəyyən alətlərə yönləndirir və onları şayiə adlandırılan xəbərlərlə manipulyasiya edirlər. Birjada maliyyə aktivinə investisiya qoyarkən gözləntilərinizi əsaslı saxlayın. Oxşar məhsulların keçmiş performansını və qiymət hərəkətlərini araşdırın. Ticarət etməzdən əvvəl özünüzə məqsəd qoyun və hədəfinizə çatdıqda, mövqeyinizin heç olmasa bir hissəsini bağlayaraq qazanc əldə edin.

3. Qısa müddətdə ehtiyacınız olan pulla investisiya etmək

İnvestisiya etmək və ya investisiyanızın nəticələrini görmək mahiyyətcə bir prosesdir. İnvestisiya edərkən istifadə etdiyiniz kapitalın qısa müddətdən sonra geri çəkməli olduğunuz pullardan ibarət olması son dərəcə təhlükəlidir. Borc pulla investisiya etmək və ya kredit götürüb investisiya qoymaq insanları mənasız davranışlara sövq edir. Bazarlarda qiymət hərəkətləri adi investorlar üçün də sınaq ola bilsə də, sizə aid olmayan pulları riskə atmaq bu prosesi çətinləşdirəcək. Qısa müddətdə istifadə etməli olduğunuz pulla investisiya etsəniz, risk həddi azalacaq. Kiçik bir itkini kompensasiya etmək üçün çaxnaşma içində müxtəlif əməliyyatlar yerinə yetirə və daha dərin itkilərə məruz qala bilərsiniz. Böyük və ya kiçik bir məbləğ olmasından asılı olmayaraq, investisiya etmək niyyətində olduğunuz kapital orta və uzunmüddətli perspektivdə unuda biləcəyiniz pul olmalıdır. Əmanətlərinizlə investisiya edin. Məqsədiniz əvvəlcə əmanətlərinizi qorumaq, sonra isə onları artırmaq olmalıdır. Qazanmağın yolu uduzmamaqdan keçir.

4. Səbirsiz davranmaq

Maliyyə bazarlarına investisiya qoymaq səbr tələb edir. Yaxşı araşdırmadan sonra sərmayə qoymuş olsanız, mükafatları toplamaq üçün bir az vaxt lazım ola bilər. Çaxnaşma içində alqı-satqı adətən pul itirməyə səbəb olur. Kapitalınız gözünüzün önündə çoxalarkən və ya əksinə, günəşdə buz kimi əriyərkən sakit qalmaq investorun sahib ola biləcəyi ən müsbət xüsusiyyətdir. Bazar dövrü investisiyalarınızın qaytarılması üçün çox vacibdir. Əgər buğa mövsümü varsa və sərmayələriniz gündən-günə dəyər qazanırsa, mümkün qədər səbirli davranaraq qazanclarınızı artıra bilərsiniz. Vəziyyəti yaxşı təhlil edə bilməyən və səbirli hərəkət edə bilməyən investorlar daha aşağı gəlirlə kifayətlənir və satırlar. Bazar yüksəlməyə davam etdikcə, səbirsiz investorlar getdikcə peşman olur və zaman keçdikcə yenidən satın almaq üçün təzyiq altında olurlar. Bu nöqtədən, yəni yüksəlişin son mərhələlərində edilən alışlar adətən investorun itkisinə səbəb olur. Bazar istiqamətinə qarşı tutulsanız, bir neçə seçiminiz var. Zərərinizi qəbul edib nağd pula dönə, satdıqdan sonra daha aşağı qiymətə satın alaraq xərclərinizi azalda və ya investisiyalarınızı uzun müddətə saxlayaraq qazanc əldə edə biləcəyiniz başqa bir bazar dövrünü gözləyə bilərsiniz.

5. Duyğularla hərəkət etmək

İnvestisiya edərkən emosiyalar iştirak etməməlidir. Bu, əlbəttə ki, asan deyil. Əksər investorlar sərmayə qoyduqları maliyyə alətlərinə və ya səhmlərini aldıqları şirkətlərə qarşı müsbət hisslər keçirməyə başlayırlar. Çünki uğurlu sərmayə qoyduqlarını və pul qazanacaqlarını düşünmək istəyirlər. Təbii ki, nəticədə özləri ilə fəxr edəcəklər. Bu çox humanist bir vəziyyət olsa da, çox vaxt zərərlə nəticələnir. Elmi cəhətdən sübut edilib ki, insanlar qəbul etdikləri qərarların düzgünlüyündə israrlıdırlar. Çünki əks halda özlərinə zidd olardılar. Yaxşı bir investor olmağın yolu, bu duyğulara mümkün qədər səbr etməyi bacarmaqdır. Səhmlərini satın aldığınız və ya sərmayə qoyduğunuz maliyyə aktivləriniz olan şirkətlərə sevginizi inkişaf etdirməyin. Unutmayın ki, məqsədiniz yalnız pul qazanmaqdır.

6. Bütün vəsaiti bir aktivə yatırmaq

İnvestorlar qazanc əldə etmək fürsəti gördükdə son dərəcə aqressiv mövqe tuta bilərlər. Maliyyə aktivi ilə bağlı xəbər axını və ya texniki analiz siqnalı nəticəsində alqı-satqı tədbirləri görməniz çox məntiqli görünə bilər. Bununla belə, kapitalınızı tək bir aktivə yatırmaq son dərəcə risklidir. Qazanc əldə etdiyiniz ssenari çox zövqlü ola bilər. Bununla belə, hər şey səhv olarsa, investisiyalarınız tək bir aktivdə olarsa, manevr etmək üçün heç bir yeriniz olmayacaq. İnvestisiya edərkən, kapitalınızı hissələrə bölərək yatırmaq müdrik qərardır. İnvestisiya portfelinizə müxtəlif xüsusiyyətlərə malik alətlərin daxil edilməsi (səbət hazırlamaq) riskinizi azaldacaq. Hər bir investorun gözləntiləri və risk həddi fərqlidir. Ona görə də investorlar özlərinə uyğun səbət yaratmalıdırlar. İnvestisiya portfelinizi yaradarkən son dərəcə sadə bir ayırma strategiyasına əməl edə bilərsiniz.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin