Birja
19.03.2024 / 09:04
Teleqram 330 milyon dollarlıq istiqraz buraxıb
44664
Teleqram 330 milyon dollar dəyərində istiqraz buraxıb ki, bu da messencerin daha da sürətlə genişlənməsinə imkan verəcək.
Valyuta.az Report-a istinadən xəbər verir ki, bu barədə platformanın təsisçisi Pavel Durov məlumat verib.
Durov qiymətli kağızlara yüksək tələbat olduğunu açıqlayıb. Onun sözlərinə görə, tranzaksiya iştirakçıları qüsursuz reputasiyaya malik ən yüksək səviyyəli qlobal fondlar olub və yerləşdirmə şərtləri şirkətin bütün tarixində teleqram üçün ən əlverişlisi olub.
“İstiqrazlarımıza artan tələbat göstərir ki, qlobal maliyyə institutları teleqramın auditoriyası və monetizasiyasının artmasına dəyər verir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay