"Bakı Fond Birjası"nın dövriyyəsi 2.4 dəfə artıb
Bakı Fond Birjasında 2024-cü ilin yanvar-fevral ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 5,303,733,478 manat təşkil edib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 140% və ya 2,4 dəfə böyümə qeydə alınıb.
Bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ticarət həcmində 297%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 84 % böyümə qeydə alınıb, repo əməliyyatları üzrə 186 % artım olub. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 13 dəfə artım qeydə alınıb.
2024-cü ilin fevral ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 5,768,811,684 manat təşkil edib.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay