“CPM-İnvest”in birjadakı itkiləri 94 milyon manatı ötüb
“CPM-İnvest İnvestisiya Şirkəti”nin 2024-cü ilin yanvar ayında “Bakı Fond Birjası”da (BFB) apardığı əməliyyatların həcmi 217 əqd üzrə 155,4 mln. manat təşkil edib.
Valyuta.az-ın hesablamasına görə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 38% və ya 94,4 milyon manat azalıb. Belə ki, 2023-cü ilin yanvar ayında "CPM-İnvest”in dövriyyəsi 249,8 mln. manat təşkil edib.
Qeyd edək ki, investisiya şirkətinin birja əməliyyatlarının 71,12 mln. manatı repo, 46,3 mln. manatı dövlət qiymətli kağızlarının, 29,8 mln. manatı Mərkəzi Bankın istiqrazlarının, 8,17 mln. manatı korporativ istiqrazların və 13,5 min manatı isə səhmlərin payına düşüb.
Xatırladaq ki, “CPM-İnvest” 2021-ci ildə yaradılıb. Nizamnamə kapitalı 400 min manat təşkil edən şirkətinin yeganə səhmdarı Kəmalə Məmmədovadır.
Leyli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay