ABB-yə aid investisiya şirkəti də ilə pis başlayıb - 224 milyonluq dövriyyə itkisi
2024-cü ilin yanvar ayında "ABB İnvest İnvestisiya Şirkəti"nin “Bakı Fond Birjası”da apardığı əməliyyatların həcmi 162 əqd üzrə 493,9 milyon manat təşkil edib.
Valyuta.az-ın hesablamasına görə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 31,2% və ya 224,3 milyon manat azalıb. Belə ki, 2023-cü ilin ilk ayında "ABB İnvest"in dövriyyəsi 718,2 milyon manat təşkil edib.
İnvestisiya şirkətinin birja əməliyyatlarının 471,7 milyon manatı repo, 11,7 milyon manatı dövlət qiymətli kağızlarının, 7,5 milyon manatı korporativ istiqrazların, 14 min manatı isə səhmlərin payına düşüb. Maraqlıdır ki, bu dövrdə investisiya şirkəti Mərkəzi Bankın istiqrazları üzrə əməliyyat aparmayıb.
Xatırladaq ki, ABB-nin 100%-li törəmə şirkəti olan “ABB İnvest” 2020-ci ildə 300 min səhmdar kapitalı ilə yaradılıb. İnvestisiya şirkətinin hazırda nizamnamə kapitalı 3 milyon manat təşkil edir.
Leyli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay