Birja
16.01.2024 / 15:58
Azərbaycanda notların yeni Buraxılış Şərtləri təsdiqlənib
40532
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 27 dekabr 2023-cü il tarixli qərarı ilə notların yeni Buraxılış Şərtləri təsdiqlənib.
Valyuta.az bu barədə "Bakı Fond Birjası" QSC-yə (BFB) istinadən xəbər verir.
Məlumata görə, yeni şərtlərə uyğun olaraq təkrar bazar iştirakçıları üçün məhdudiyyətlər aradan qaldırılır. Bu da o deməkdir ki, istənilən fiziki və ya hüquqi şəxs AMB-nin qiymətli kağızları ilə alqı-satqı, repo və digər əməliyyatları icra edə biləcək. Yeni qayda isə həmin qiymətli kağızları bazar iştirakçıları üçün daha əlçatan edərək, investisiya imkanlarını genişləndirir.
Həmçinin AMB-nin notlarının hərracında bir iştirakçınıın təqdim edə biləcəyi rəqabətli sifarişin məbləği üzrə heç bir limit yoxdur.
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay