Dövlət ötən il daxili bazardan borclanmanı 55 faizdən çox artırıb
2023-cü ildə Azərbaycan Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 3 milyard 734 milyon 861 min maant cəlb edib.
Valyuta.az xəbər verir ki, dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə cəlb edilən vəsait 2023-cü ildə 2022-ci illə müqayisədə 1 milyard 328 milyon 108 min manat və ya 55,2% artıb.
2022-ci ildə 2023-cü ildə Azərbaycan Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu 2 milyard 406 milyon 753 min manat cəlb etmişdi.
2023-cü ildə dövlət istiqrazları ilə repo əməliyyatlarının həcmi 10 milyard 406 milyon 847 min manat və ya təxminən 4 dəfə artaraq 13 milyard 947 milyon 991 min manat təşkil edib. 2022-ci ildə dövlət istiqrazları ilə repo əməliyyatlarının həcmi 3 milyard 541 milyon 144 min manat olmuşdu.
© Marja
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay