“PSG Kapital”ın dövriyyəsi 59 milyon manata yaxın azalıb
"PSG Kapital İnvestisiya Şirkəti"nin 2023-cü ilin yanvar-oktyabr aylarında “Bakı Fond Birjası”nda (BFB) apardığı əməliyyatların həcmi 1179 əqd üzrə 104,5 milyon manat təşkil edib.
Valyuta.az-ın hesablamasına görə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 36% və ya 58,6 milyon manat azalıb. Belə ki, 2022-ci ilin ilk on ayında "PSG Kapital”ın dövriyyəsi 162,6 milyon manat təşkil edib.
İnvestisiya şirkətinin birja əməliyyatlarının 5,2 milyon manatı repo, 25,9 milyon manatı dövlət qiymətli kağızlarının, 45,6 milyon manatı Mərkəzi Bankın istiqrazlarının, 26,9 milyon manatı korporativ istiqrazların və 363,9 min manatı isə səhmlərin payına düşüb.
Xatırladaq ki, “PSG-Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,25 milyon manatdır. İnvestisiya şirkətinin səhmdarı 100% Faiq Məmmədovdur ("PSG Finans" MMC bank olmayan kredit təşkilatının 12,5%-lik təsisçisi).
Mahir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay