BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
36107

2023-cü ilin yanvar-sentyabr aylarında Mərkəzi Bankda 71 valyuta hərracı keçirilmiş, hərraclar zamanı 2555,7 mln. ABŞ dolları satılıb.

Valyuta.az xəbər verir ki, bu barədə  Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyində bildirilir.

Xarici valyuta satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1301,6 mln. ABŞ dolları azalmış, bu, xarici valyutaya olan tələbin azalması ilə bağlı olub.

Belə ki, AMB-nin məlumatlarına əsasən, cari ilin ötən dövrü ərzində keçirilmiş hərracların 99%-də təklif tələbi üstələmişdir. Hərraclar barədə məlumatların təhlili də orta günlük valyuta tələbinin azaldığını və ötən ilin müvafiq dövründəki 52,1 ABŞ dollarından baxılan dövrün sonuna 36,0 ABŞ dollarına endiyini göstərir.

Tələbin azalması tədiyə balansında profisitin müşahidə edilməsi ilə izah oluna bilər. Nağd xarici valyuta ilə mübadilə əməliyyatlarının təhlili də xarici valyutaya tələbin azaldığını və banklar tərəfindən ABŞ dollarının alışının satışını üstələdiyini göstərir.

Xarici valyutaya tələbin azalması DNF-dən dövlət büdcəsinə transfert olunması nəzərdə tutulmuş vəsaitlərin əhəmiyyətli dərəcədə aşağı icrası ilə nəticələnmiş, keçirilmiş hərraclarda cəmi satış məbləğinin və DNF tərəfindən keçirilmiş satışların təhlili cari ilin avqust və sentyabr aylarında bu məbləğlərin bir-birindən fərqləndiyini göstərmişdir. Belə ki, hərraclar vasitəsilə ən yüksək valyuta satışının reallaşdığı bu ayda 452,0 mln. ABŞ dolları satılmış, bu məbləğin 93,9 mln. ABŞ dollarına bərabər olan hissəsi DNF vəsaitlərindən ibarət olmuşdur ki, bu da sözügedən ayda hərraclarda satışın DNF-lə yanaşı, digər subyektlər tərəfindən reallaşdırıldığını göstərir. Digər tərəfdən, dövlət büdcəsinin icrası barədə təqdim edilmiş hesabatlara əsasən, avqust ayında vahid xəzinə hesabının qalığının ABŞ dollarında olmaqla idarəetməyə verilən hissəsi əhəmiyyətli azalaraq 1190,0 ABŞ dollarına enmişdir. Bu isə idarəetmədən geri çağırılan vəsaitlərin bir hissəsinin hərracda satışının keçirildiyini və bununla da DNF transfertlərinə qənaət edildiyi fikirlərini formalaşdırır.

Valyuta bazarında təklifin tələbi üstələməsi fonunda bazarda tarazlığın qorunması məqsədilə AMB valyuta bazarına alışyönlü müdaxilələr həyata keçirmiş, AMB məlumatlarına əsasən, cari ilin ötən dövründə müdaxilənin həcmi 566,0 mln. ABŞ dolları olmuş, bu məbləğin 444,0 mln. ABŞ dolları sentyabr ayının payına düşmüşdür. Bu proses AMB-nin rəsmi valyuta ehtiyatlarının artmasına da töhfə vermişdir. Bununla yanaşı, baxılan dövr ərzində dövriyyədə pul təklifinin tənzimlənməsi məqsədilə sterilizasiya əməliyyatları keçirilmiş, reallaşdırılan tədbirlər ötən dövrün əksər aylarında manatla pul bazasının həcmində azalma ilə nəticələnmişdir. Lakin fiskal stimullar fonunda valyuta bazarında tarazlığın qorunması məqsədilə alışyönlü müdaxilələrin davam edəcəyi ehtimalı pul təklifini genişləndirməklə monetar siyasətin bir qədər də sərtləşdirilməsini və sterilizasiya əməliyyatlarının həcminin yüksəldilməsini şərtləndirə bilər. Bu proses tələb kanallarını daraltmaqla iqtisadi aktivliyin təmin olunmasına təsir edə bilər.

© FED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin