Birja
10.10.2023 / 15:33
Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə kapitalı 25 faiz azaldılıb
34187
Dövlətə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı azaldılıb.
Valyuta.az xəbər verir ki, AIC-in nizamnamə kapitalı 66 197 800 manat və ya 24.8% azaldılaraq 200 802 200 manat təşkil edib.
Qeyd edək ki, AIC-in nizamnamə kapitalı 2023-cü ilin əvvəli 224 milyon manatdan 267 milyon manata çatdırılmışdı.
Prezidentin müvafiq Sərəncamı ilə 2006-cı ildə yaradılıb. AIC-in bütün payları Azərbaycan dövlətinə məxsusdur.
Şirkət Müşahidə Şurası tərəfindən idarə edilir. AİŞ-in məqsədi Azərbaycan Respublikasının qeyri-neft sektoruna kapital investisiyalarının yatırılmasıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay