Birja
01.09.2022 / 15:01
Repo əqdləri üzrə indekslər hesablanması qaydaları təsdiqləndi
23855
"Bakı Fond Birjası" QSC (BFB) Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırılmaqla repo əqdləri üzrə faiz indekslərinin hesablanmasını tənzimləyən “Repo bazarında bağlanılan əqdlər üzrə indekslərin hesablanması və açıqlanması Qaydaları” hazırlayıb.
Valyuta.Az BFB-yə istinadən xəbər verir ki, qaydalar bu gündən qüvvəyə minib.
Qaydalara əsasən birja gündəlik əsasda banklar arasında bağlanan repo əqdləri üzrə 1 günlük, 1 həftəlik və 2 həftəlik indeksləri hesablayacaq, internet səhifəsində açıqlayacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay