Bank
30.03.2021 / 15:29
Azərbaycanın sığorta bazarı 16%-ə yaxın kiçilib – AMB
9914
2021-ci ilin fevral ayında Azərbaycandakı sığorta şirkətləri 160 milyon 445 min manat məbləğində sığorta haqqı toplayıb.
Valyuta.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sığorta icmalında məlumat açıqlanıb. Toplanan sığorta haqlarının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 15,9% azdır. 2020-ci ilin fevralında bu rəqəm 190 milyon 744 min manat olub.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 100 milyon 170 min manat təşkil edib. Bu isə illik müqayisədə 2 dəfə çoxdur.
Ötən 2 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 62,4 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu rəqəm 25,8 manat olub.
Zeynəb Vəkil
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay