Kredit daha çox hansı sektora yönəlib? – RƏQƏMLƏR
2021-ci ilin fevralında bankların ayırdığı kreditlərin böyük hissəsi istehlak kreditlərinin payına düşüb.
Valyuta.az-a Mərkəzi Bankdan daxil olan məlumata əsasən, martın 1-nə müxtəlif sahələrə 14 619,5 milyon manatlıq kredit ayrılıb. Bunun 46,3%-i ev təsərrüfatlarına ayrılan vəsaitlər, yəni istehlak kreditləri təşkil edib. Bank kreditlərinin 6 771,3 milyon manatı məhz bu sahəyə ayrılıb.
Kreditlərin 17,2%-i və ya 2 512,2%-i isə ticarət və xidmət sektorunun payına düşüb. Sənaye və istehsal sektoruna ayrılan kreditlərin xüsusi çəkisi isə 6,2% və ya 908,3 milyon manat olub.
Fevralda bankların verdiyi kreditlərin 5,9%-i nəqliyyat və rabitə, 5,3%-i energetika, mədənçıxarma, kimya və təbii ehtiyatlar sektoruna, 4,7%-i tikinti və inşaat, 3,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna yönəldilib. Digər sektorlara ayrılan kreditlər isə ümumi məbləğin 3,7%-ni təşkil edib.
Zeynəb Vəkil
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay