Ötən ay hansı kartlardan daha çox istifadə olunub? - RƏQƏMLƏR
Bu ilin fevralında Azərbaycanda əhalinin istifadəsində olan plastik kartların sayı 1,8% artıb.
Valyuta.Az xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankın aylıq statistik hesabatında açıqlanıb.
Hesabata əsasən, ötən ay istifadə edilən kartların sayı 9 milyon 579 min ədəd olub. Bu ilin yavnarında isə həmin göstərici 9 milyon 413 min ədəd təşkil edib. Bir ayda 163 min ədəd və ya 1,8% artım qeydə alınıb.
Artım daha çox sosial kartların hesabına başa gəlib. Əgər yanvarda bu kartların sayı 3 milyon 414 min ədəd olubsa, fevralda bu rəqəm 35 min ədəd artaraq 3 milyon 449 min ədədə çatıb.
Əməkhaqqı kartlarında isə 3 min ədəd artım qeydə alınıb. Fevralda onların sayı 2 milyon 528 min olub.
Kredit kartlarının sayında isə 16 min ədəd artım olub. Nəticədə onların sayı 1 milyon 121 min ədəd çatıb.
İstifadə olunan plastik kartların 2 milyon 481 mini isə digər kartların payına düşüb.
Xatırladaq ki, 2020-ci ilin sonuna kartların ümumi sayı 9 milyon 230 min ədəd olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay