Bank
29.03.2021 / 14:40
Fevralda biznes kreditləri artıb
9821
2021-ci ilin fevralında bankların biznes subyeklərinə ayırdığı kreditlərin həcmi artıb.
Valyuta.Az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, ötən ay banklar 8 530,7 milyon manat dəyərində biznes krediti verib. Bu yanvar ayı ilə müqayisədə 74 milyon manat çoxdur. Bu ilin ilk ayında biznes kreditlərinin həcmi 8 456,7 milyon manat olub.
Həmin məbləğlərə fiziki şəxs kimi fəaliyyət göstərən sahibkarlara verilən kreditlər də daxildir.
Xatırladaq ki, 2020-ci ilin sonuna biznes kreditlərinin həcmi 8 478,3 milyon manat olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay