Bank
29.03.2021 / 14:26
İstehlak kreditləri azalıb - STATİSTİKA
9818
Azərbaycanda əhalinin geniş istifadə etdiyi istehlak kreditlərinin həcmi bu ilin fevralında 2%-ə yaxın azalıb.
Valyuta.Az xəbər verir ki, bu barədə Mərkəzi Bankın açıqladığı hesabatda məlumat verilib.
Hesabata əsasən, fevralda istehlak kreditlərinin ümumi həcmi 3 634 milyon manat olub. Bu, yanvar ayı ilə müqayisədə 68,6 milyon manat və ya 1,9% azdır.
Qeyd edək ki, 2021-ci ilin yanvar ayında istehlak kreditlərinin həcmi 3 702,6 milyon manat təşkil edib.
2020-ci ilin sonuna isə bu göstərici 3 661,2 milyon manat olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay