Bank
29.03.2021 / 14:11
Problemli kreditlər yenə artıb - RƏQƏMLƏR
9817
Azərbaycanda bankların vaxtı keçmiş kreditlərinin həcmi 2 faizə yaxın artıb.
Valyuta.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin fevralında bankların ayırdığı kreditlərin ümumi həcmi 14 619.5 milyon manat olub. Bunun 917,5 milyon manatı vaxtı keçmiş kreditlərin payına düşüb.
Xatırladaq ki, yanvarda bu göstərici 900,4 milyon manat olub. Bir ayda vaxtı keçmiş kreditərin həcmi 17,1 milyon manat artıb.
2020-ci ilin sonunda bu rəqəm 893,1 milyon manat olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay