Yaxın zamanda plastik kartlar lazımsız olacaq - VİSA
Yaxın zamanlarda plastik kartlardan istifadə edən olmayacaq.
Bu proqnozu məşhur "Visa" şirkətinin rəhbərliyi edib.
Məlumata görə, mövcud tendensiya göstərir ki, "plastik" tədricən hesablamalardakı rolunu itirir.
Böyük bankın hər üçüncü müştərisi virtual kartdan istifadə edir, yəni ümumiyyətlə plastik kart almır. Koronavirus pandemiyası dövründə isə "təmassız ödənişlər"in sayı 70 faiz artıb.
Hazırda hər üçüncü əməliyyat smartfon vasitəsi ilə aparılır.
Digər iddiaya görə, insanlar artıq xırda pulları ciblərində gəzdirməyəcəklər. Qəpik istehsalı zatən iqtisadi cəhətdən əlverişli deyil və xırda pullar dövriyyədə getdikcə azalır.
Artıq bir çox bankların avtomatlarında heç bir komissiya tutulmadan qəpiklərdən qurtulmağın mümkün olacağı gözlənilir. //big.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay